Kirpilər təhlükə hiss etdikdə yumru bir formaya bükülərək özlərini qorumağı bacaran kiçik və tikanlı məməlilərdir. Onlar əsasən Avropa, Asiya və Afrika kimi bölgələrdə yayılıb.

Kirpi balalarına hoglet deyilir. Yeni doğulmuş hogletlərin tikanları yumşaq olur və qoruyucu bir membranla örtülüdür. Doğumdan bir neçə saat sonra tikanları yavaş-yavaş görünməyə başlayır və zamanla bərkiyir. Adətən, ana kirpi bir doğumda 3-7 bala dünyaya gətirir. Hogletlər ilk həftələrdə analarına möhtac olur, çünki qidalanmaq və isti qalmaq üçün onlara ehtiyac duyurlar.
Hogletlər gözlərini təxminən iki həftə sonra açır və qısa müddət sonra ətrafı araşdırmağa başlayırlar. Altı həftəlik olduqda isə müstəqil yaşamağa hazır olurlar.
Kirpilər gecə aktiv olan heyvanlardır. Güclü qoxu və eşitmə qabiliyyətlərinə malikdirlər ki, bu da onlara qida – həşəratlar, qurdlar və meyvələri tapmağa kömək edir.
Son illərdə bəzi ölkələrdə kirpilər ev heyvanı kimi saxlanılır. Bununla belə, təbiətdə onlar ekosistemin qorunmasında mühüm rol oynayır, xüsusilə də, həşəratların sayının idarə olunmasına da kömək edirlər.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
