Bu gün:

Avatar 3


"Əgər ikinci hissə sizi darmadağın etsə, üçüncü hissə sizi məhv edəcək" - Ceyms Kemeron, "Avatar"ın rejissoru belə deyib.


2022 — ci ilin sonunda 2009-cu ildə yayımlanan "Avatar: su yolu" filminin davamı yayımlanıb. Film iki milyard dollardan çox qazanıb və hətta "Oskar"mükafatına layiq görülüb.


Filmin rejissoru Ceyms Kemeron bildirib ki, Pandora planetinin sakinlərinin tarixini davam etdirəcək daha bir neçə film çəkməyi planlaşdırır. Budur "Avatar 3" haqqında bilinən hər şey: 

"Avatar 3"nə vaxt çıxacaq?

Hazırda franşizanın üç hissəsi hazırlanır: "Avatar 3", "Avatar 4" və "Avtar 5". Üçüncü şəklin əvvəlcə 2024-cü ilin dekabrına buraxılması planlaşdırılırıb. Bununla birlikdə, 2023-cü ilin yayında, dastanın kainat hüquqlarına sahib olan Disney, yaxın bir neçə il üçün filmlərinin yayımlanması üçün yenilənmiş bir cədvəl yayımlanıb. Bu cədvələ görə, "Avatar" ın üçüncü hissəsinin premyerası bir ilə təxirə salınır. "Avatar 3" 19 dekabr 2025-ci ildə satışa çıxarılacaq qrafik həmçinin aşağıdakı hissələrin ilkin buraxılış tarixlərini göstərir. Qeyd etmək lazımdır ki, "Avatar: Su Yolu" nun premyerasının tarixi də dəfələrlə dəyişib: əvvəlcə film 2020-ci ildə yayımlanmalı idi, lakin Disney onu əvvəlcə 2021 — ci ilə, sonra isə 2022-ci ilə köçürüb.


"Avatar 3" də hansı personajlar görünəcək?

Üçüncü hissədə əvvəlki hissələrdə əsas personajları canlandıran bütün aktyorların rollarına qayıtması və yeni personajların meydana çıxması gözlənilir. "Avatar 3" də ilk filmin əsas antaqonisti polkovnik Qvortiç rolunu oynayan Stefen Lang da roluna qayıdacaq. Langın xarakteri ilk "Avatar" ın sonunda ölsə də, Ceyms Kemeron, polkovnikin filmin davamlarında bir dəfədən çox ekranda görünəcəyini vəd edib.


"Avatar" ın üçüncü hissəsinin çəkilişləri haqqında nə məlumdur?

Rejissor Ceyms Kemeron, franşizenin ikinci və üçüncü filmləri üçün səhnələrin bir hissəsinin eyni vaxtda çəkildiyini açıqlayıb. Gənc aktyorların böyüməməsi üçün belə bir qərar verilib. Kemeron özü bildirib ki, aktyorlar çox sürətlə böyüdükləri üçün "Avatar" ın üçüncü və dördüncü hissələri üçün fraqmentlər "Su Yolları"nın çəkilişləri ilə eyni vaxtda çəkilib. Hələ 2020-ci ildə rejissor filmin çəkilişlərinin təxminən 95 faiz başa çatdığından danışsa da, filmin hazırda hansı vəziyyətdə olduğu dəqiq bilinmir.


"Avatar 3" süjeti haqqında nə məlumdur?

Əsas antaqonistlərin insanlar olduğu ilk iki hissədən fərqli olaraq, üçüncü hissədə tamaşaçılar ilk dəfə na’vinin mənfi qəhrəmanlarını görəcəklər. 20 Minutes telekanalı ilə söhbət zamanı rejissor Ceyms Kemeron qeyd edib ki, bu dəfə filmdə Pandora sakinləri görünəcək və onlar digərlərindən kəskin şəkildə fərqlənəcəklər. "Avatar" ın üçüncü hissəsində tamaşaçılar ənənələri və mədəniyyəti artıq göstərilən Omatikaya və Metkayina klanlarından əhəmiyyətli dərəcədə fərqlənəcək yeni bir döyüşkən atəş qəbiləsini görəcəklər.

"Əsas personajların hekayəsini davam etdirərkən yeni dünyaları araşdıracağıq. Deyə bilərəm ki, son hissələr ən yaxşısı olacaq. Digərləri giriş, əsas yemək üçün bir növ masa hazırlığı idi " - Ceyms Kemeron


Mənbə: lenta.ru

Tərcümə etdi: Fatimə Kərimli 

Paylaş
Şərh əlavə et