
Göz rənginə əsaslanan şəxsiyyət təhlili, danışdığınız insanın yalnız göz rənginə baxaraq onun hansı xarakterə sahib olduğunu anlamağa kömək edəcək bir araşdırmadır.
Gözlər təkcə dünyanı görməyə imkan vermir, həm də şəxsiyyətimiz haqqında mühüm ipuçları verir. Göz rənginə əsaslanan şəxsiyyət təhlili ilə bağlı elmi araşdırmalar, göz rəngimizin emosional zəkadan tutmuş idrak qabiliyyətlərimizə qədər bir çox şəxsiyyət xüsusiyyətlərimizi əks etdirdiyini ortaya qoydu.
İsveçin Örebro Universiteti tərəfindən aparılan araşdırmaya görə, göz rənginin şəxsiyyət xüsusiyyətlərini əks etdirməsinin əsas səbəbi göz rəngini təyin edən genlərin beyin inkişafını təmin edən genlərlə əlaqəli olmasıdır. Beləliklə, göz rənginizin şəxsiyyətiniz haqqında nə dediyini bilmək istəyirsiniz?
Qəhvəyi gözlü insanlar: Etibarlı və lider
Qəhvəyi gözlü insanlar göz rənginə görə şəxsiyyət analizində etibarlı, sadiq kimi təyin olunublar. Qəhvəyi gözlü insanlar liderlik xarakteri daşıyır və güclü xarakterləri ilə ətrafdakı hər kəsi heyran etməyi bacarırlar. Sosial mühitlərdə özünə inamlı davranışları ilə diqqət çəkən qəhvəyi gözlü insanların empatiya qabiliyyəti də yüksəkdir.
Yaşıl gözlü insanlar: Sirli və özünə inamlı
Yaşıl gözlü insanlarda fitri bir sirr və ehtiras var. Özünə güvənən və səbirli şəxsiyyətləri ilə böhran anlarında belə soyuqqanlılıqlarını qoruya bilirlər.
Mavi gözlü insanlar: Ağıllı və sakit
Mavi gözlü insanlar ümumiyyətlə ağıllı və sakitdirlər. Duyğularını göstərməkdə ehtiyatlı olsalar da, sevdiklərinə isti və mehriban tərəflərini göstərirlər.
Mənbə: Haber7
Tərcümə etdi: Sona Osmanova
