Kenqurular Avstraliyaya məxsus məşhur torbacı məməlilərdir. Onların körpələrinə “joey” deyilir. Yeni doğulan joeylər çox kiçik, çılpaq və kor olurlar. Onlar doğulduqdan dərhal sonra analarının torbasına dırmaşır və orada inkişaf etməyə davam edirlər.

Kenquru torbası körpə üçün təhlükəsiz bir mühit yaradır. Joeylər burada təxminən altı aya qədər qalır, sonra isə başlarını çölə çıxararaq ətrafı araşdırmağa başlayırlar. Bir müddət sonra torbadan tamamilə çıxır və tədricən müstəqil olurlar.
Kenqurular sürətli və güclü tullanmaları ilə tanınır. Onlar əsasən ot və yarpaqlarla qidalanırlar. Avstraliyada geniş yayılmış bu heyvanlar ekosistem üçün mühüm rol oynayır.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
