Bu gün:

William Munninin əsl hekayəsi nədir?


Uilyam Munni 1992-ci ildə çəkilmiş Bağışlanmayan (Unforgiven) filmində Klint İstvudun canlandırdığı əsas personajdır. O, keçmişdə qanundankənar bir insan və qatil olsa da, illərlə cinayət həyatından uzaqlaşaraq fermer kimi yaşayıb. Lakin son bir iş üçün yenidən silaha sarılmağa qərar verib.

Bu obraz real şəxs deyil, lakin İstvud onu tarixi qanundankənarların xüsusiyyətlərini birləşdirərək yaradıb. Filmdə Munni ölü və ya diri Billi Uşağı tapmaq üçün işə götürülür. Filmin ssenarisi Atıcı (The Shootist) adlı kitabdan ilhamlanıb. Həmin kitabın qəhrəmanı isə Qərbin məşhur silahlı döyüşçüsü Con Uesli Hardindən təsirlənərək yazılıb.

Bəzi mənbələrə görə, Munni qismən Kallen Beyker obrazına da əsaslanır. O, Beyker Texas və Arkanzas ştatlarında fəaliyyət göstərən qanundankənar dəstə başçısı olub. Onun keçmiş qullar da daxil olmaqla yüzlərlə insanın ölümündə əli olduğu iddia edilir.


Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et