1. Napoleonun boyu
Çox adam Napoleonun balacaboy olduğunu düşünür, amma bu doğru deyil. Onun boyu təxminən 169 sm idi, bu isə o dövr üçün normal göstərici sayılıb. Bu mif fransız və ingilis ölçü vahidlərindəki fərqə görə yaranıb.

2. Napoleon pişiklərdən qorxub
Bəzi mənbələrə görə, Napoleon ailurofobiya – pişiklərdən patoloji qorxu xəstəliyindən əziyyət çəkib.
3. Dovşanların hücumuna məruz qalıb
Bir dəfə Napoleon ov üçün yüzlərlə dovşan toplayıb. Amma dovşanlar ov əvəzinə Napoleona tərəf qaçmağa başlayıblar. Dovşanlar ondan yemək gözləyiblər. Həmin an Napoleonun qaçmaqdan başqa çarəsi qalmayıb.
4. Sevgi məktublarında səhvlər
Napoleon Cozefinaya tez-tez məktublar yazıb, amma onların çoxu qrammatik səhvlərlə dolu idi. Məsələn, bir məktubunda o özünü “əri” (époux) demək əvəzinə, “balıq” (poisson) adlandırıb.
5. Gənclikdə ona “balaca leytenant” deyiblər
Hərbi akademiyada onu kasıb korsikalı kimi görüblər və “balaca leytenant” adlandırıblar. Bu, boyuna görə yox arıq və zəif görünüşünə görə idi.
6. Bilmədən bir döyüş udub
1815-ci ildə bir ingilis kapitan səhvən bir adanı Napoleonun artıq nəzarətində olduğunu düşünərək təslim edib. Bununla da imperator bir strateji nöqtəni döyüşsüz ələ keçirib.
7. O, nəhəng buz məbədi tikmək istəyib
Napoleon Rusiyada ölən əsgərləri üçün böyük bir buz məbədi tikmək istəyib, lakin bu layihə gerçəkləşməyib.
Mənbə: Factozavr
Tərcümə etdi: İbrahim Çobanlı
