İtkin düşən şəxslərin hekayələri çox vaxt sirr və müəmmalarla doludur. Bəzən onların yoxa çıxması iz qoymadan baş verir, bəzən də bu hadisələr ətrafında yaranan fərziyyələr və araşdırmalar uzun illər davam edir. Hər biri müxtəlif səbəblərlə itkin düşsə də, arxalarında suallar yaradıb, həyatlarının hansısa mərhələsində kəskin dönüş nöqtələrinə rast gəlib.

1. Sprinqfild üçlüyü
Şeril Levitt, onun 19 yaşlı qızı Süzan Striter və Süzanın 18 yaşlı rəfiqəsi Steysi MakKol 1992-ci ilin iyun ayının əvvəlində Missuri ştatındakı məzuniyyət partisində iştirak ediblər. Ertəsi gün isə onlar yoxa çıxıblar. Onların bütün şəxsi əşyaları — çantaları, pul kisələri, maşın açarları — yerində idi və heç bir mübarizə izinə rast gəlinməyib. İllər ərzində hüquq-mühafizə orqanları bir neçə ipucunu araşdırsa da, onların hamısı ya təkzib edilib, ya da nəticəsiz qalıb. Sprinqfild polisi hələ də açıq olan bu işi oğurluq hadisəsi kimi araşdırır.
2. Henry Hudson
Hudsun körfəzi, Hudsun çayı, Hudson şəhəri, Nyu-York — bunların hamısı Asiyaya su yolu tapmağa həsr olunmuş Britaniya kəşfiyyatçısı və naviqatoru Henry Hudsonun adını daşıyır. 1611-ci ilin yayında James körfəzində bir qış keçirdikdən sonra Hudson gəmisinin "Discovery" ekipajına yenidən qərbə doğru üzməyə təşviq edib. Yorulan və üşüyən ekipaj üsyan edib və Hudsonu, onun yeniyetmə oğlunu və bir neçə başqa nəfəri kiçik bir qayığa atıb açıq dənizə buraxıblar. Onlardan bir daha xəbər alınmayıb.
3. Peter Winston
Bir vaxtlar şahmat dünyasında yüksələn ulduz sayılan gənc Peter Winston 1977-ci ildə Nyu-Yorkdakı "Hunter College High School"da keçirilən turnirdə uğursuzluğa düçar olub. O zaman o, şizofreniya və manik depressiya diaqnozu alıb. Bir neçə ay sonra, 1978-ci ilin əvvəlində o itib. Çoxları Winstonun bir vaxtlar yüksək səviyyədə olan oyunu ilə başa çıxa bilmədiyi üçün ümidsizlikdən intihar etdiyini güman ediblər. Lakin onun cəsədi heç vaxt tapılmayıb.
Mənbə: HowstaffWorks
Tərcümə etdi: Arzu Qafarova
