Uşaq və Yeniyetmə Psixiatriya Mütəxəssisi Dr. Nesrin Köseoğlu uşaqlarda rəsm çəkməyin əhəmiyyəti ilə bağlı açıqlamalar verib. Mütəxəssis vurğulayıb ki, rəssamlıq uşağın daxili dünyasına açılan bir qapıdır. Dr.Köseoğlu, uşaqların çəkdikləri şəkillərdə mənəvi həyatlarını əks etdirdiklərini söyləyib.

Dr. Köseoğlu “Uşaqların rəsmlərini başa düşmək onları anlamaq kimidir və onları psixoloji olaraq qiymətləndirməmizə kömək edir.
Mütəxəssis bildirib ki, məktəbəqədər yaşda incəsənət təhsili araşdırıldıqda rəssamlığın uşağın qavrayış, idrak və emosional inkişafına müsbət təsir etdiyi müşahidə edilir. Dr. Köseoğlu: “Rəsm çəkmək uşağın təkcə emosional və idraki sahələrini inkişaf etdirmir, həm də əl-göz koordinasiyasını və bir çox bacarıqlarını inkişaf etdirir”, - izah edib.
Mütəxəssis qeyd edib ki, şəkillər uşağın həyatı haqqında çox şey deyə bilər. Dr. Köseoğlu "Məsələn: təyyarə çəkməsi quş kimi azad olmağı, hündür binalar həsrəti və ya gərginliyi ifadə edə bilər, evdən çıxan yollar isə bələdçiliyə ehtiyacı ifadə edə bilər. Böyük şəkilləri hiperaktiv və ya impulsları zəif idarə edən uşaqlar çəkdiyi halda, kiçik şəkilləri daha qorxaq və özünə inamı zəif olan uşaqlar çəkir. Böyük gözlərin çəkilməsi uşaqların qayğısına qalmaq istəyini ifadə edə bilər. Şəkillərdə çəkilmiş baş təsviri hakimiyyəti təmsil edə bilər. Məyus olmuş uşaqlar oturan uşağın və ya kişinin şəklini çəkə bilərlər. İnsanlar arasında bəzi əşyaların yerləşdirilməsi ünsiyyət çatışmazlığını göstərə bilər. Şəkillərdən şəxsiyyətlərarası ünsiyyəti, valideynlər və bacı-qardaşlar arasındakı ünsiyyəti də təxmin edə bilərik"-bildirib.
Mənbə: CNN
Tərcümə etdi: Fatimə Hüseynova
