Bu gün:

Əjdaha meyvəsi haradan gəlir?


Pitaya kimi tanınan əjdaha meyvəsinin vətəni Meksikadır. Bu bitki hazırda Kamboca, Tayland, Tayvan, Malayziya, Vyetnam, Şri-Lanka, Filippin, İndoneziya və Banqladeşdə də becərilir.


Meksikadan qaynaqlansa da, əjdaha meyvəsi Mərkəzi Amerika və Asiyada geniş şəkildə yetişdirilir. Onun əsas məhsul mövsümü yay aylarına təsadüf edir, lakin müxtəlif iqlimlərə görə il boyu əldə etmək mümkündür. Bitkinin çiçəkləri yalnız gecələr açır və tozlanmazsa, səhərə qədər solur. Gecə çiçəkləndiyi üçün əsasən yarasalar və güvələr tərəfindən tozlanır.

Əjdaha meyvəsi 104°F (40°C) qədər yüksək və 30°F (-1°C) qədər aşağı temperaturlara tab gətirə bilir. Lakin həddindən artıq su və yağış onun üçün təhlükəlidir. Quşlar və bakteriyalar da bitkiyə zərər verə bilər. Buna baxmayaraq, əjdaha meyvəsi digər meyvələrlə müqayisədə daha davamlıdır.

Ətin quruluşuna görə bəzən kivi ilə müqayisə edilən bu meyvənin çəhrayı-yaşıl qabığının altında qara toxumlarla örtülmüş ağ rəngli ət olur. Adətən çiy halda, toxumlarıyla birlikdə yeyilir.


Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et