Bu gün:

Paprika üçün bəzi əvəzedicilər hansılardır?


Paprikanı əvəz etmək üçün cayenne bibəri və ya çili tozu kimi alternativlər mövcuddur. Lakin paprika yumşaq bir ədviyyat olduğuna görə, daha acı əvəzedicilərdən az miqdarda istifadə edilməlidir.

Paprika şirin bibərin qurudulub toz halına salınması ilə əldə edilən qırmızı ədviyyatdır. Onun ən məşhur növlərindən biri Macarıstan paprikasıdır ki, bu da yumşaq və şirin olur. Bununla yanaşı, bəzi paprika növləri kəskin və ya acı dada malikdir. Məsələn, İspaniya istehsalı olan şirin paprika geniş yayılmışdır. Reseptlərdə fərqli növ paprikalardan istifadə edildikdə dad bir qədər dəyişə bilər.


Paprikaya alternativ olaraq digər ədviyyatlar da istifadə edilə bilər. Əvəzedicinin seçimi, əsasən, reseptdə hansı növ paprikanın tələb olunmasından asılıdır. Əgər reseptdə şirin və yumşaq paprika nəzərdə tutulubsa, o zaman ancho kimi yumşaq çili tozu uyğun seçim ola bilər. Daha kəskin dad üçün çipotle tozundan istifadə edilə bilər. Əgər daha acı bir əvəzedici ədviyyat lazımdırsa, cayenne bibəri yaxşı alternativdir, lakin onun çox istiotlu olduğu üçün az miqdarda əlavə edilməsi tövsiyə edilir.


Digər mümkün əvəzedicilər sırasına qara bibər, cajun ədviyyat qarışığı və ya acı souslar daxildir. Bununla belə, paprikanın təkcə ləzzət deyil, həm də yeməyə verdiyi parlaq qırmızı rəngə görə də dəyəri var. Xüsusilə, o, iblis yumurtaları kimi yeməklərdə həm qarnir, həm də ləzzət artırıcı rol oynayır.



Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et