Paris katakombaları şəhərin ən sirli və qorxulu yerlərindən biridir. Bu yeraltı məzarlıqda altı milyondan çox insanın qalıqları saxlanılır. Katakombalar 18-ci əsrdə, Parisin qəbiristanlıqları dolduğu üçün yaradılıb.

İlk olaraq daş mədənləri kimi istifadə edilən bu tunellər sonradan kütləvi dəfn yeri kimi istifadə olunmağa başlanıb. İnsan qalıqları buraya qəbiristanlıqlardan köçürülüb. Katakombalar uzunluğu 300 kilometrə çatan tunellər şəbəkəsindən ibarətdir, lakin turistlər üçün yalnız kiçik bir hissəsi açıqdır.
Bu yer həm turistləri, həm də tədqiqatçıları cəlb edir. Buradakı sümüklər xüsusi qaydada düzülüb və qorxulu bir atmosfer yaradır. Paris katakombaları tarix və sirr sevənlər üçün unikal bir məkandır.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
