Dünyamız, şübhəsiz ki, mürəkkəb bir yerdir. Geyim, yemək və ya musiqi ilə bağlı müxtəlif fikirlər mövcud olduğu kimi bu, qanunların yaradılmasına da aiddir. Planetin hər yerində unikal mədəni kontekstlər fərqli qanunların yaranmasına səbəb olur. Bu yazıda biz dünyanın müxtəlif yerlərində mövcud olan qəribə qanunlara nəzər salacağıq.
Avstraliyanın Viktoriya ştatı
Viktoriya qanunlarına görə, etibarlı lisenziya olmadan lampanı dəyişdirmək qanuna ziddir.
İtaliyanın Milan şəhərində dəfn mərasimləri və xəstəxanalar istisna olmaqla, həmişə gülümsəmək qanuni tələbdir
Milanda qanun sizi gülümsəməyə məcbur edir. Bu, Avstriya-Macarıstan dövründən qalan və heç vaxt ləğv edilməyən bir şəhər qaydasına əsaslanır. Tarixçi Andrea Santangelo bu qaydanın Luigi Fabio adlı bir şəxsin təklifindən qaynaqlandığını xatırladır.
Kanadada radioda çox sayda qeyri-kanadalı ifaçının mahnısına yer vermek qanuna ziddir
Kanadalılar olduqca vətənpərvərdir. Buna görə də Kanadada radio stansiyaları qanunla məcbur edilir ki, yayımlarının 35%-də Kanadalı ifaçıların mahnılarını səsləndirsinlər.
İtaliyanın Turin şəhərində iti gündə ən azı üç dəfə gəzdirməmək qanunsuzdur
İtaliyaın Turin şəhərində yeni şəhər şurası qanununa əsasən, it sahibləri ev heyvanlarını gündə ən azı üç dəfə gəzdirməsələr, 500 avroya qədər cərimə edilə bilərlər. İtaliya özünü heyvansevər bir ölkə hesab edir və bir çox şəhərlərdə sahibsiz pişiklər qanunla qorunur.
Birləşmiş Ərəb Əmirlikləri
Kədərli, ağlayan üz ifadələri ilə foto çəkmək və ya sosial şəbəkələrdə paylaşmaq qadağandır. Bu həmçinin başqasının üzünü təhqir etməyə də bənzər ola bilər.
İsveç
İsveçdə uşaqlara verilən adların siyahısı çox möhkəm tənzimlənir. Dövlət tərəfindən qeydə alınmış və qəbul edilmiş adlar xaricində ad qoyulması çox nadir hallarda icazə verilə bilər.
Bu qəribə qanunlar bir tərəfdən ölkələrin mədəniyyətlərini və ənənələrini əks etdirir, digər tərəfdən isə cəmiyyətin davranışlarını idarə etməyə və müəyyən dəyərləri qorumağa yönəlib. Hər bir qanun özünün xüsusi tarixçəsinə və kontekstinə malikdir, buna görə də onları anlamaq və qəbul etmək, bəzən çətin olsa da, dünyanın müxtəlif yerlərindəki həyat tərzlərini daha yaxşı başa düşməyə kömək edir.
Mənbə: The Lawyer Portal
Tərcümə etdi: Arzu Qafarova