Bu gün:

Serqey Qolovkin kimdir?


Sergey Qolovkin 26 noyabr 1959-cu ildə Moskvada anadan olub. O, varlı bir ailədə böyüyüb, utancaq və qapalı bir uşaq olub, yaşıdları tərəfindən təhqirlərə məruz qalıb. Yeniyetmə yaşlarında isə sadist fantaziyalarını inkişaf etdirməyə başlayıb.


Məktəbi bitirdikdən sonra Moskva Baytarlıq Akademiyasına daxil olub və sonradan atçılıq zavodunda zootexnik kimi işləməyə başlayıb. Peşəsi ona heyvan anatomiyasını öyrənməyə imkan verirdi, bu da istintaqçılara görə onun cinayətlərində rol oynaya bilərdi.


1986–1992-ci illər arasında Qolovkin 10-16 yaş arasındakı oğlan uşaqlarını qaçırır, onlara işgəncə verir və öldürürdü. O, cinayətlərini Moskva ətrafındakı meşəlik ərazilərdə və şəxsi qarajında törədirdi.


Cinayətlərinin əsas mərhələləri belə idi:


Qaçırma – uşaqların etibarını qazanır, onları evə aparmaq və ya şirniyyat vermək adı ilə aldadırdı.

İşgəncə – bıçaq, kəmər və müxtəlif işgəncə alətlərindən istifadə edirdi.

Öldürmə – əsasən boğaraq öldürürdü, bəzən bıçaq yaraları da vururdu.

İzləri itirmək – cəsədləri doğrayır, yandırır və ya meşəyə basdırırdı.


Qolovkinə “Balıqçı” (Fisher) ləqəbi verilib. Çünki uşaqları ovlamaq üçün balıqçılıqla məşğul olduğunu göstərirdi. Digər ləqəbi isə “Boa” (Boğucu ilan) idi, çünki qurbanlarını əsasən kəndirlə və ya kəmərlə boğaraq öldürürdü.


Sergey Qolovkin 19 oktyabr 1992-ci ildə həbs edilib. Polis onun qarajını tapandan sonra içəridə qan izləri, işgəncə alətləri və qurbanların fotolarını aşkarlayıb.


İstintaq zamanı soyuqqanlılıqla cinayətlərini etiraf edən Qolovkin heç bir peşmançılıq belə ifadə etməyib. Rəsmi olaraq 11 cinayətdə ittiham edilsə də, istintaqçılar onun daha çox qurbanı olduğunu deyiblər.


1994-cü ildə məhkəmə onu güllələnmə ilə edama məhkum edib. Hökm 2 avqust 1996-cı ildə icra olunub. O, Rusiyada ölüm cəzası ləğv edilməzdən əvvəl edam edilən son şəxs olub.


Mənbə: 24smi


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et