Bu gün:

Ruminasiya nədir?


Ruminasiya nədir? Necə öhdəsindən gəlmək olar?

Ruminasiya eyni mövzular və hisslər haqqında fikirlərin davamlı və qeyri-ixtiyari təkrarlanmasını əhatə edən mürəkkəb zehni prosesdir. Bu, insanı sonsuz özünütənqid döngəsində tələyə salır və bununla məşğul olmaq çox çətin bir prosesdir.

Vacib qərarlar qəbul edərkən hamımız müəyyən dərəcədə təkrarlanan düşüncələrlə qarşılaşırıq. Ancaq bu, davamlı olaraq baş verərsə, əhəmiyyətli psixi pozğunluqlara səbəb ola və ya daha da şiddətləndirə bilər.

Ruminasiya latınca ''ruminari'' sözündəndir və türkcə qarşılığı "geviş getirmek"dir (çeynəmək). Düşündükdə əslində qismən həzm olunmuş fikirləri çeynəmiş oluruq. Beləliklə, bu, emosional reflü növüdür.

Ruminasiya çox vaxt həll olunmamış münaqişələr, sıxışdırılmış xatirələr, yerinə yetirilməmiş istəklər və ya şüursuzluqdan gələn çağırışlardan qaynaqlanır. Uşaqlıq təcrübələri psixoloji inkişafa davamlı təsir göstərir.

 Ardıcıl olmayan təcrübələri və ya etibarsız bağlılığı olan insanlar qarşılanmamış emosional ehtiyaclarını ödəmək üçün fikirləşməyə daha çox meylli ola bilərlər.

Özünü araşdırmaq, xatirələri, araşdırmaq və təcrübələrimizi emal etmək yaxşılaşmağın vacib hissəsi və mənbəyi ola bilsə də, özünü günahlandırma dövrlərinə də gətirib çıxara bilər. Çünki emal və ruminasiya fərqli şeylərdir. İkisi arasındakı fərqi necə ayırd etməyi öyrənmək psixi sağlamlığınız üçün vacib ola bilər.


Mənbə: busrakordag
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et