Sudan dünyada ən çox piramidaya sahib olan ölkə kimi tanınır. Burada Misirdən də çox, təxminən 200-dən çox piramida mövcuddur. Bu piramidalar, əsasən, qədim Nubiya sivilizasiyasına aiddir və Meroe, Nuri və El-Kurru kimi bölgələrdə yerləşir.

Sudandakı piramidalar Misir piramidalarından daha kiçik ölçüdədir, lakin onların tarixi və mədəni əhəmiyyəti böyükdür. Onlar eramızdan əvvəl 300-cü ildən etibarən Nubiya kralları tərəfindən inşa edilib və bu regionun gücünü və mədəniyyətini əks etdirir.
Buna baxmayaraq Sudan piramidaları dünya səviyyəsində Misir piramidaları qədər tanınmır. Son illərdə isə arxeoloqlar və turistlər bu tarixi abidələrə daha çox maraq göstərməyə başlayıblar.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
