Bu gün:

Tarixin ən varlı 10 qadını


10. İmperatriça Vu

Çinin Tang sülaləsində imperatriça olan Vu güc əldə etmək üçün amansız addımlar atıb. O, iki imperatorun — ata və oğulun kənizi idi. Oğul İmperator Gaozong hakimiyyətə gələndə rəqiblərini aradan qaldırıb. Hətta öz qızını öldürüb günahı başqasının üzərinə atdığı deyilir. Gaozongun ölümündən sonra oğullarını hakimiyyətdən uzaqlaşdırıb və idarəni əlinə alıb. Onun dövründə imperiya genişlənib, iqtisadiyyat çiçəklənib və İpək Yolu ticarəti inkişaf edib.

9. Hatşepsut

Hatşepsut Misirin ilk qadın fironu idi. O, xalqını hakimiyyətinin tanrıların istəyi olduğuna inandırmağa çalışıb. Bunun əsas səbəbi qızıl mədənlərinə nəzarət olub. Təxminən 2 milyard dollar dəyərində olan bu mədənlərə sahib olub. Əri və yarım qardaşı Tutmos II-in ölümündən sonra hakimiyyətə gəlib. Orta Şərqə qədər sərhədləri genişləndirərək böyük bir imperiya idarə edib. 20 il ərzində qızıl, mis və qiymətli daş mədənlərinə də nəzarət edib.

8. Böyük Yekaterina

Böyük Yekaterina həm siyasi gücü, həm də sərvəti ilə tanınıb. Onun sərvəti bugünkü dəyərlə təxminən 1.5 trilyon dollar olardı. Rusiyanın ən uzun müddət hakimiyyətdə olan qadın monarxı olub və o dövrdə dünya iqtisadiyyatının 5%-nə nəzarət edib. Pravoslav kilsəsi və ölkənin üçdə bir serfini də idarə edib. Əvvəlcə serfləri azad etməyi planlaşdırsa da, 1773-cü ildəki üsyandan sonra bu fikrindən əl çəkib. Onun hakimiyyəti zamanı əksər insanların həyat şəraiti dəyişməsə də, onların əməyindən böyük hərbi və mədəni layihələrdə istifadə olunub.

7. Kleopatra

Kleopatra həm sərvəti, həm də siyasi bacarığı ilə tanınıb. Misirin fironu kimi buğda, papirus və ətir istehsalına nəzarət edib. İllik gəliri 12.000-15.000 Misir talantı, sərvəti isə təxminən 95.8 milyard dollar idi. Lakin lüks həyat tərzini həmişə öz imkanları ilə təmin edə bilmirdi və müharibələr üçün xarici liderlərdən borc alıb.

6. Kastilyalı İzabella

Kastilyalı İzabella dünyanın ən zəngin monarxlarından biri olub. Aragonlu Ferdinandla evlənərək İspaniyaya tam nəzarət qazanıb. Ölümündə Kastilya tacının illik gəliri 1.45 milyon dukat idi. O, İber Yarımadasını birləşdirib, İspaniyanı gücləndirib və Yeni Dünyada ərazilər əldə edib. İzabellanın dövründə yun və tekstil sənayesi inkişaf edib. O həm də dünyanın ən qiymətli daş-qaş və gobelen kolleksiyalarına sahib olub.

5. Lilian Bettankur

Onun sərvəti 2015-ci ildə 40.7 milyard dollara çatıb. L’Oréal onun dövründə Lancome kimi brendləri əldə edib və Ralph Lauren-in məşhur “Polo” ətirini təqdim edib. Bettankur demensiyaya tutulduğu üçün 2012-ci ildə idarəçiliyi nəvəsinə təhvil verib.

4. Yang Huiyan

2007-ci il iqtisadi böhranı bir çox insanları çətin vəziyyətə salıb, amma çox az adam bu vəziyyətdən Yang Huiyan qədər təsirlənib. Çinli varis Country Garden adlı əmlak şirkətinin qurucusu Yang Guoqiangdan 16.2 milyard dollarlıq sərvəti miras alıb. Maliyyə böhranından sonra onun sərvəti sürətlə azalıb və hazırda 5.2 milyard dollara düşüb. Huiyan gəncliyindən ailə işinə maraq göstərib və tez-tez atasının idarə heyəti iclaslarında iştirak edib. 

3. Susanne Klatten

Almaniyanın ən varlı qadını olan Susanne Klattenin 17.4 milyard dollarlıq sərvətinin böyük hissəsi BMW markasından olan 12.6%-lik payından gəlir. O, mərhum atası Herbert Quandtdan bu payı miras alıb. Klatten müxtəlif biznes layihələrinə də sərmayə qoyub, o cümlədən əczaçılıq şirkətləri və bərpa olunan enerji texnologiyaları sahələrinə. O, Altana AG şirkətinin 100%-nə sahibdir və bu şirkət illik təxminən 2 milyard dollarlıq satış həyata keçirir.

2. Anne Cox Chambers

Anne Cox Chambers Belçikaya səfir təyin olunub və 2009-cu ildə Fransanın Legion d’Honneur Komandiri mükafatını alıb, lakin onun əsas məşhurluğu media maqnatı olması ilə əlaqədardır. Cox Chambers sərvətini mərhum atasının Cox Enterprises şirkətindəki payından əldə edib. Şirkət “Atlanta Journal-Constitution” və “Palm Beach Post” kimi xəbər orqanlarına sahibdir. Şirkətin əsas gəliri isə telekommunikasiya bölməsindən gəlir. 2015-ci ilin noyabrında “Cox Chambers” idarə heyətindən ayrılaraq sərvətini üç varisinə paylayıb.

1. Charlene de Carvalho-Heineken

Charlene de Carvalho-Heineken atasının ölümündən sonra Heineken “International” şirkətindəki 25%-lik payı miras alıb. Hər hansı rəsmi biznes təhsili olmamasına baxmayaraq, o, şirkətin hazırkı baş icraçı direktoru Jean-Francois van Boxmeer-in seçilməsində mühüm rol oynayıb. Onun rəhbərliyi dövründə şirkət 30 milyard dollarlıq pivə zavodları əldə edib.

Mənbə: Money

Tərcümə etdi: Nigar Muştaqova  

Paylaş
Şərh əlavə et