Dünyada mövcud olan meyvə növlərinin dəqiq sayı məlum olmasa da, onların sayı minlərlədir. Aqronomlar daim yeni meyvə növləri yetişdirirlər. Məsələn, dünyada ən azı 1600 müxtəlif növ banan mövcuddur.

Meyvələr çiçəkli bitkilərin bir hissəsidir və onların əsas funksiyası bitkinin toxumlarını yaymaqdır. Meyvələr qlobal kənd təsərrüfatı istehsalında mühüm yer tutur. ABŞ-da ən çox istifadə edilən meyvələr arasında alma, sitrus meyvələri, banan, çiyələk, armud, üzüm və gavalı yer alır.
Çəyirdəksiz meyvələr qlobal ticarətdə mühüm əhəmiyyət daşıyır. Çəyirdəksiz meyvələrə banan, ananas, bəzi portağal və qreyfurt növləri, həmçinin üzüm və qarpız növləri də daxildir. Bir çox meyvələr cem və mürəbbə halına salınır, həmçinin peçenye, tort və dondurma kimi qida məhsullarında istifadə edilir. Meyvələr şirə, şərab və digər içkilərin hazırlanmasında da mühüm rol oynayır.
Kew Kral Botanika Bağlarının araşdırmalarına görə, dünyada təxminən 390900 bitki növü mövcuddur. Onlardan 1000–2000 arasında bitki növü insan qidalanması üçün yararlıdır. Qlobal ticarətdə isə təxminən 100–200 bitki növü mühüm rol oynayır. Əsas qida məhsullarının çoxunu isə soya, yer fıstığı, düyü, buğda və banan kimi təxminən 15 növ bitki təşkil edir.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
