
İngiltərədəki tədqiqatçılar insanların səhər saatlarında daha çox müsbət emosiyalar keçirdiklərini, bu emosiyaların gün ərzində azaldığını və həftə sonları özlərini həftə içinə nisbətən daha xoşbəxt hiss etdiklərini müəyyən ediblər.
London Universitet Kollecinin tədqiqatçıları iki il ərzində sorğuda iştirak edən 50 000-ə yaxın insanın 1 milyona yaxın məlumatını təhlil ediblər.
Araşdırmanın nəticələri "BMJ Mental Health" jurnalında dərc olunub.
Araşdırmada günün müxtəlif vaxtlarının depressiya və narahatlıq əlamətləri, xoşbəxtlik, həyatdan məmnunluq, həyatın mənalılığı və təklik kimi faktorlara təsiri araşdırılıb.
Bazar və cümə günlərində biz daha pozitiv hiss edirik.
Əhval-ruhiyyənin dopamin, serotonin və kortizol kimi hormonların və bədəndə iltihab nəticəsində yaranan əlamətlər kimi fizioloji proseslərdən təsirləndiyini ifadə edən araşdırmada xoşbəxtlik və həyatdan məmnunluq kimi müsbət hisslərin bazar ertəsi və cümə günləri bazar gününə nisbətən daha çox olduğu müəyyən edilib.
Gecəyə doğru depressiya artır.
Araşdırmada çərşənbə axşamı və çərşənbə günü səhər saatlarında depressiya və narahatlıq əlamətlərinin bazar günləri ilə müqayisədə daha çox olduğu, bu əlamətlərin gündüzlər azalaraq gecəyə doğru artdığı müşahidə edilib.
Həmçinin insanların günün ilk saatlarında hər zaman daha çox müsbət emosiyalar keçirdiklərini və bu vəziyyətin günün sonuna doğru tərsinə çevrildiyi də vurğulanıb.
Araşdırma nəticəsində məlum olub ki, digər üç fəsildə qışa nisbətən mənfi hisslər daha az, müsbət hisslər isə daha çox olub.
Araşdırmada insanların ümumiyyətlə yay aylarında özünü daha müsbət hiss etdiyi, lakin gün ərzində emosional dəyişikliklərin mövsümi olaraq fərqlənmədiyi qeyd edilib.
Mənbə: Ensonhaber
Tərcümə etdi: Sona Osmanova
