Bu gün:

Ağıllı insan olmağın 6 mənfi cəhəti


Son araşdırmalara əsasən, yüksək intellekt səviyyəsinin hər zaman anadangəlmə olmadığını və bu vəziyyətdə ətraf mühit faktorlarının da rol oynadığı ortaya çıxıb. Mütəxəssislər yüksək intellektin uğur və xoşbəxtlik gətirdiyinə dair fikirlərin böyük bir yanlış təsəvvür olduğunu və ağıllı insanların tez-tez depressiya və narahatlıq kimi psixi sağlamlıq problemləri ilə mübarizə aparmalı olduqlarını izah ediblər.


Ağıllı insanlar gündəlik həyatın axarına qapılmaqdansa, daha vacib və daha dərin məsələlər haqqında düşünürlər. Bu fikirlər insanı depressiyaya meyilli edə bilər. Həmçinin, onlar öz ağıllarının fərqindədirlər. Buna görə də çox vaxt əsl potensiallarını reallaşdıra bilməyəcəklərini düşünürlər. Bu mövzuda ətrafdakıların onlardan böyük gözləntilərinin olması onların məsuliyyətini artırır. 


Ağıllı insanlar daim təşviş içində olurlar və bu mövzuda onlar sosial dairələri tərəfindən yetərincə başa düşünülmürlər. 


Kanadalı elm adamları tərəfindən aparılan bir araşdırmaya görə, daha üstün IQ səviyyəsinə malik olan tələbələrin narahatlıq səviyyəsi digər tələbələrə, əsasən, yüksəkdir.


Ağıllı insanlar çox vaxt özlərindən daha az intellektli olanların qayğısız həyatlarına həsəd aparır, onların xoşbəxt həyat sürdüklərini düşünürlər. Bu insanlarda ən çox görülən  xüsusiyyətlərdən biri tənbəllikdir. Onların bir şey üçün səy göstərməyə gücləri yoxdur və cəhd etsələr də, çox vaxt başlarındakı narahat səsi susdura bilmirlər. Bu da motivasiyalarının aşağı düşməsinə səbəb ola bilər.


Ağıllı fərdlərin həyatında tənhalıq, qəzəb, depressiya kimi hisslər həmişə mövcuddur. Məşhur yazıçı Ernest Heminquey bu vəziyyəti “ağıllı insanlar nadir hallarda xoşbəxt olurlar” sözləri ilə yekunlaşdırıb.


Tərcümə etdi: Mina Yadigarlı

Mənbə: NTV. Com


Paylaş
Şərh əlavə et