Bu gün:

Aşkar olmayan depressiyanın əlamətləri


Bir insanın zehni olaraq kədərləndiyi, ancaq kənardan xoşbəxt göründüyü vəziyyət olaraq izah edilən gülümsəmə depressiyası, 'Atipik depressiya' olaraq da bilinir. Mütəxəssislər hər 10 nəfərdən 1-nin gülümsəmə depressiyasından əziyyət çəkdiyini və bu ruhi xəstəliyin bəzi əlamətlə özünü göstərə biləcəyini bildirir.


Gülən depressiyaya məruz qalan fərdlər ilk baxışda həyatdan həzz alır kimi görünsələr də, daxili aləmlərində müxtəlif psixi sağlamlıq problemləri ilə mübarizə aparırlar.

The Sun-a danışan həyat məşqçisi Anita Qohil-Thorp dedi: 'Gülümsəyən və depressiyaya düşən insanlar sanki hər şey nəzarət altındadır və hətta onların qarşıya qoyduğu bir çox işi müvəffəqiyyətlə yerinə yetirdiklərini görə bilərsiniz, amma dərinliklərində çoxlu ağrılarla qarşılaşa bilərlər.” Bu vəziyyətin zamanla sosial izolyasiyaya səbəb ola biləcəyini ifadə edən Thorp, "Gülümseyən depressiyada intihar düşüncələri də sıx şəkildə hiss olunur" dedi.


Xüsusilə 35 yaşdan kiçik insanların gülümsəyən depressiyaya görə intihara cəhd edə biləcəyi barədə xəbərdarlıq edilib.


Gülümsəyən depressiyanın əsas əlamətlərindən biri yorğunluqdur. Özünüzü yaxşı hiss etmədiyiniz zaman gülümsəmək zamanla enerjinizi boşalda bilər. Unutqanlıq və konsentrasiyada çətinliklər də atipik depressiyanın əlamətləri hesab olunur. Həddindən artıq yeməkdən qaynaqlanan baş və mədə ağrılarının gülümsəmə depressiyasında da görülür. Belə bir vəziyyətdə psixosomatik problemlərdə artım ola bilər. Gülən depressiyanın digər əlamətlərinə qol və ayaqlarda ağrı, tənqidə qarşı həddindən artıq həssaslıq, yuxululuq və introversiya daxildir. Gülümsəyən depressiya əlamətlərinin ciddiyə alınması lazım olduğunu bildirən mütəxəssislər, əlamətlərin getməməsi halında mütləq bir psixi sağlamlıq mütəxəssisinə müraciət edilməsi lazım olduğunu vurğulayırlar.


Tərcümə etdi: Mina Yadigarlı

Mənbə: NTV. Com


Paylaş
Şərh əlavə et