Bu gün:

Vitamin və Mineral çatışmazlığının 12 ciddi simptomu


Orqanizmdə vitamin və  mineral çatışmazlığının əlamətlərinə xroniki yorğunluq, depressiya və əzələ ağrısı daxil olmaqla müxtəlif simptomlar daxildir. Sink, dəmir, B12 və D vitamini çatışmazlığından qaynaqlana biləcək sağlamlıq problemlərinə qarşı müəyyən qida maddələrinin müntəzəm istehlakının çox əhəmiyyətli olduğu bildirilib.

D vitamini çatışmazlığının simptomlarına ümumiyyətlə üç simptom daxildir. Bunlar aşağıdakı kimi sadalanıb: Aşağı əhval-ruhiyyə və enerji, əzələ zəifliyi, yavaş sağalan yaralar.


D vitamini günəş işığına məruz qaldıqda bədəndə istehsal olunur. Bu səbəbdən soyuq havalarda D vitamini səviyyəsini saxlamaq çətinləşir. Mütəxəssislər bir çox insanın D vitamini çatışmazlığını qış depressiyası ilə səhv saldığını irəli sürür.


D vitamini çatışmazlığı da bədəndə ağrılara səbəb ola bilər. 2014-cü ildə aparılan bir araşdırma, xroniki ağrıları olan insanların 71 faizinin vitamin çatışmazlığı olduğunu göstərdi. Belçikalı elm adamları D vitamini çatışmazlığının da immunitet sisteminə mənfi təsir göstərə biləcəyini və infeksiya riskini artıra biləcəyini ifadə etdilər.


D vitamini çatışmazlığını necə aradan qaldırmaq olar? 


Ekspertlər, pəhrizə yağlı balıq, yumurta, ət kimi qidaların əlavə edilməsinin vacibliyini vurğulayır.


Dəmir çatışmazlığının simptomlarına yorğunluq, aşağı əhval-ruhiyyə, tez-tez öskürək, soyuqdəymə, konsentrasiyanın olmaması və ürək döyüntüsü daxildir.


Dəmir çatışmazlığı; Qidalanma, ağır menstrual dövrlər və ya hamiləlik kimi səbəblərə görə inkişaf edə bilər. Dəmir çatışmazlığı anemiyası qırmızı qan hüceyrələri kifayət qədər oksigen daşıya bilmədiyi üçün yorğunluq və ürək döyüntüsü kimi problemlərə səbəb ola bilər.

Paxlalılar (lobya, mərcimək), yaşıl yarpaqlı tərəvəzlər, qırmızı ət və qaraciyər kimi dəmirlə zəngin qidaların qəbulu dəmir çatışmazlığı əlamətlərini yüngülləşdirə bilər.


B12 çatışmazlığı

 Yorğunluq, karıncalanma, çaşqınlıq, yaddaş itkisi və depressiya kimi simptomlarla özünü göstərir.

B12 çatışmazlığı xüsusilə yaşlı insanlarda yaygındır. B12 çatışmazlığı müalicə olunmazsa, bəzi simptomlar qalıcı ola bilər. Vitamin B12 heyvan mənşəli qidalarda olur, lakin veganlar üçün qida mayası və ya B12 əlavələri olan Marmit kimi alternativlər mövcuddur. B12 çatışmazlığı ağızdan, dilaltı və ya inyeksiya yolu ilə müalicə edilə bilər.


Tez-tez öskürək, soyuqdəymə, dad və qoxu problemi, dəridə açıq yaralar, ağız künclərində çatlar və saç tökülməsi kimi simptomlar sink çatışmazlığının siqnalları ola bilər.

Sink immunitet sisteminin düzgün işləməsi üçün vacib bir mineraldır. Sink çatışmazlığı sizi infeksiyalara və dəri problemlərinə qarşı daha həssas edə bilər.


Mənbə: NTV.com

Tərcümə etdi: Mina Yadigarlı 












Paylaş
Şərh əlavə et