İlk nağaranın icadçısı bilinməsə də, təxminən 6.000 il əvvəl Mesopotamiyada, qədim Babillilər və Şumerlər tərəfindən istifadə edildiyi məlumdur. Daha əvvəlki sivilizasiyalarda da nağaranın işlədilməsi mümkün olsa da, bununla bağlı birbaşa sübut yoxdur.
İnsanlıq tarixində adı çəkilən ilk nağaraçı Mesopotamiyada yaşamış Urlu bir qadın, Ur şəhərindəki ən mühüm məbəd olan Ekishnugalın başçısı Lipuşiaudur. Onun balag-di adlanan dairəvi çərçivəli nağarası daş üzərində oyulmuş təsvirlərdə əks olunub.
Böyük ehtimalla, ritmik səslər çıxarmaq üçün ilk olaraq müxtəlif əşyaların döyülməsi primatlara, xüsusilə meymunlara gedib çıxır. Onlar jestlər, səslər və əşyalar vasitəsilə ünsiyyət qururdu. Bu tapıntı alimləri belə bir nəticəyə gətirib çıxarıb ki, insanlar da daxil olmaqla, bütün primatlar arasında nitq və musiqinin ortaq mimik mənşəyi ola bilər.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
