Finlandiya ardıcıl yeddi ildir dünyanın ən xoşbəxt ölkəsi seçilib. BMT-nin yayımladığı “Dünya xoşbəxtlik hesabatı”na əsasən, Finlandiya xoşbəxtlik göstəricilərinə görə yenə birinci yeri alıb.

Bu hesabat hər il ölkələrdə yaşayan insanların rifahını, sosial dəstəyini, gəlir səviyyəsini və gözlənilən yaşam müddətini nəzərə alaraq hazırlanır. Finlandiyanın birinci olmasının əsas səbəbləri arasında güclü sosial sistem, təhsil keyfiyyəti və yüksək həyat səviyyəsi yer alır.
Ekspertlər bildirirlər ki, Finlandiyada vətəndaşlar arasında etimad yüksəkdir, təbiətə bağlı həyat tərzi və balanslı iş rejimi insanların xoşbəxtliyini artırır. Həmçinin, pulsuz və keyfiyyətli səhiyyə sistemi də insanların rifahına müsbət təsir edir.
Digər Skandinaviya ölkələri də xoşbəxtlik reytinqində ön sıralardadır. Danimarka, İslandiya və İsveç Finlandiyanın ardınca gəlir.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
