İngiltərədəki Derby Universitetindən Dr. Jordan Phetheanın araşdırması göstərir ki, ənənəvi yeddi qitə anlayışı dəyişə bilər.
Tədqiqata görə, Atlantik Okeanı ilə ayrılan Şimali Amerika və Avropa əslində yeraltı tektonik plitələrlə bağlıdır. Bu onların arasında qərq olmuş bir alt qitənin ola biləcəyini göstərir.

Təxminən 60 milyon il əvvəl formalaşmış vulkanik ada olan İslandiya Şimali Amerika və Avrasiyanı birləşdirən geoloji quruluşun hissəsi ola bilər. Qrenlandiya–İslandiya–Farer silsiləsi bu iki qitənin itmiş parçalarını ehtiva edə bilər.
Tədqiqatçılar bu bağlantını "Rift Okean Maqmatik Platosu" adlandırırlar. Araşdırmaya görə, İslandiya sadəcə vulkanik bir ada deyil, qitə fraqmentinin hissəsidir. Əgər bu təsdiqlənsə, Yer kürəsinin tektonik dinamikası və qlobal xəritələr yenidən nəzərdən keçirilməlidir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
