
Texnologiyanın inkişafı insanların smartfon və kompüterlərə aludə olmasına səbəb olub. Sosial media platformaları zehni tənbəlləşdirməkdə böyük rol oynayan ən böyük faktorlardan biridir.
Brain Rot nədir?
Rəqəmsal dövrün gətirdiyi sonsuz axın və istehlak mədəniyyətinin mənfi nəticələrindən biri: zehni çöküş! Beyin çürüməsi; Dərindən düşünmək, təhlil etmək və ya həllər istehsal etmək əvəzinə sürətli və səthi istehlak vərdişinə çevrilmək kimi təyin edilə bilər. Saatlarla sosial media lentində azmaq, qısa və sürətli məzmuna aludə olmaq ağlımızı tənbəlləşdirir və biz fərqinə varmadan zehni funksiyalarımızı gerilədir.
Ağıl tez bir zamanda rahatlığa alışır. Əgər davamlı olaraq az səy tələb edən məzmuna məruz qalırıqsa, beynimiz buna uyğunlaşır. Ancaq rahatlıq həmişə sağlam deyil. Əksinə, bu, uzun müddətdə psixi qabiliyyətlərimizin atrofiyasına gətirib çıxara bilər.
Beyin çürüməsi bizə necə zərər verir?
Beynimizə kifayət qədər meydan oxumamaq zamanla ciddi koqnitiv və psixoloji problemlərə səbəb ola bilər. Ən ümumi təsirlər bunlardır:
Aşağı diqqət müddəti və diqqət çatışmazlığı
Zehni qarışıqlıq və unutqanlıq
Öyrənmə qüsurları və zehni gerilik
Daimi yorğunluq və aşağı enerji
Ünsiyyət bacarıqlarının zəifləməsi
Hisslərin azalması və qavrayış zəifliyi
Əhvalın dəyişməsi və zehni qeyri-sabitlik
Uzun müddətdə beyin çürüməsi Alzheimer və Parkinson kimi nevroloji xəstəliklərə meylli ola bilər. Bundan əlavə, diqqət çatışmazlığı, öyrənmə əlilliyi və hətta depressiya kimi psixoloji pozğunluqlar üçün tetikləyici ola bilər.
Bunu unutmayaq; Ağıl, bədən və mənəvi sağlamlıq bir-birinə bağlıdır. Çürümə bir nöqtədə başlayırsa, bütün sistem təsirlənir.
Mənbə: NTV
Tərcümə etdi: Sona Osmanova
