
19-cu əsrdə ketçup sadəcə bir sous deyil, eyni zamanda bir dərman hesab edilirdi. 1830-cu illərdə amerikalı həkim John Cook Bennett pomidorun sağlamlığa faydalarını vurğulayaraq, pomidordan hazırlanan ketçupun bir çox xəstəlik üçün müalicəvi təsirə malik olduğunu iddia edib. O, ketçup ishal, həzmsizlik və revmatizmaya qarşı effektiv olduğunu deyib.
Bennettin bu fikirləri nəticəsində pomidorlu dərmanlar bazara çıxarılıb və həblər şəklində satılıb. Lakin sonradan aparılan araşdırmalar ketçup belə tibbi xüsusiyyətlərə malik olmadığını göstərib. Bununla da ketçupzamanla sadəcə dadlandırıcı sous kimi qalmağa davam edib.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
