
Bianca Censori kimdir?
Bianca Censori 1996-cı il təvəllüdlü avstraliyalı memar və dizaynerdir. O, daha çox məşhur müğənni Kanye West ilə münasibəti ilə tanınır. Censori 2013-cü ildə Avstraliyanın Melburn Universitetində memarlıq dərəcəsi alıb. O, həmçinin “Kanye West”in YEEZY dizayn firmasının əməkdaşıdır. Münasibətləri və iş həyatındakı uğurları sayəsində medianın sıx diqqətini çəkir. “Bianca Censori”nin moda və dizayna yanaşması yaradıcı və cəsarətli layihələri ilə tanınır.
Grammy mükafatları:
2025-ci il Qremmi Mükafatları 2 fevral 2025-ci ildə Los-Ancelesdə keçirilib. Bu tədbir musiqi sənayesində ən nüfuzlu mükafatlardan biri hesab olunur. Mükafatlar hər il dünyanın ən istedadlı sənətçiləri və musiqi prodüserlərini mükafatlandıran gecə kimi böyük maraqla izlənilir.
Bu tədbirdə məşhur müğənni Kanye Uest və həyat yoldaşı Byanka Sensorinin qırmızı xalıda cəsarətli çıxışları böyük əks-səda doğurub.
Bianca Censori qırmızı xalçaya demək olar ki, çılpaq şəkildə şəffaf mini paltarda çıxıb. Kanye Uest klassik qara paltarı ilə onu müşayiət edib. Cütlüyün bu cəsarətli görünüşü media və tamaşaçılar arasında geniş müzakirələrə səbəb olub.
2025 Grammy Mükafatlarında Beyonce 11 nominasiya ilə ən çox namizəd olan sənətçi olub. Digər görkəmli namizədlər arasında Billie Eilish, Post Malone, Kendrick Lamar, Charli XCX və Taylor Swift olub.
Bu gecə təkcə musiqinin deyil, həm də məşhurların şux və cəsur görünüşlərinin danışıldığı bir hadisə kimi yaddaşlarda qalıb.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
