Yalnızlıq, maliyyə narahatlıqları, sevilən birinin itkisi, karyera problemləri və ailə problemləri kimi bir çox faktor depressiya riskini artıra bilər. Mütəxəssislər yemək vərdişlərinin də psixi sağlamlığa təsir edə biləcəyini və müəyyən qidaların müntəzəm istehlakının depressiyanın müalicəsində təsirli ola biləcəyini söyləyirlər. Bununla belə, yadda saxlamaq lazımdır ki, depressiya riskini azaltmaq üçün təkcə yemək vərdişlərindəki dəyişikliklər kifayət deyil.

Göbələk
Dietoloq göbələklərin B vitaminləri və seleniumla zəngin olduğunu bildirir. Bəzi tədqiqatlar göstərir ki, bu qidaların çatışmazlığı depressiya əlamətləri ilə əlaqələndirilə bilər.
Brazilya qozu
Braziliya qoz-fındıqlarının tərkibində selenium, maqnezium, kalium, sink, kalsium və dəmir kimi bir çox qida var. Braziliya qoz-fındıqlarında həmçinin antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malik ellagik turşusu adlı birləşmə də var. Araşdırmalar ellagik turşunun beyinə antidepresan təsir göstərdiyini göstərib.
Midyə
Midiyə və istiridyə kimi qabıqlı balıqlar B12 vitamininin zəngin qaynaqlarıdır. Midiyada beyində serotoninə çevrilən triptofan və beyin sağlamlığını dəstəkləyən omeqa-3 yağ turşuları da var.
Süd
Süd, depressiya əlamətlərinin qarşısını almağa kömək edən yaxşı D vitamini mənbəyidir. Araşdırmalar göstərir ki, daha çox az yağlı süd və qatıq qəbul edən insanlarda depressiya əlamətləri daha az olur.
Qoz
Tərkibində omeqa-3 yağ turşuları, mis, dəmir, antioksidantlar və maqnezium kimi əhval-ruhiyyəni artıran bir çox qida var. Araşdırmalar göstərir ki, qoz yeyən insanlar qoz yeməyənlərə nisbətən daha az depressiya əlamətləri göstərirlər.
Pomidor
Tərkibində antioksidantlar, dəmir, vitamin B6 və triptofan var. Bu birləşmələr beynin əhval-ruhiyyəni tənzimləyən kimyəvi maddələrin istehsalı üçün vacibdir. Alimlər deyirlər ki, həftədə 2-6 dəfə pomidor yeyən yaşlı insanlarda həftədə bir dəfədən az pomidor qəbul edənlərə nisbətən depressiya əlamətləri 46 faiz az olur.
Avokado
Avokado folat, kalium, triptofan və K vitamini ilə zəngindir ki, bu da depressiya əlamətlərini aradan qaldırmağa kömək edir. O, həmçinin beyin sağlamlığını dəstəkləyə bilən mono doymamış yağ turşularını ehtiva edir.
Kök
Yerkökü bədəndə iltihabı azaltmağa kömək edən karotenoidlər adlanan xüsusi antioksidantları təmin edir. Bəzi tədqiqatlar müəyyən etmişdir ki, karotenoid istehlakı depressiya və narahatlıq əlamətlərini azalda bilər.
Meyvələr
Moruq, çiyələk, qaragilə və böyürtkən kimi giləmeyvə tərkibində orqanizmi hüceyrə zədələnməsindən qoruyan antioksidantlar var. Bu meyvələr antikonvulsan dərman Depakote (valproik turşusu) kimi əhval-ruhiyyəni yaxşılaşdıran potensiala malikdir.
Tərəvəzlər
Tədqiqatlar göstərir ki, depressiyadan əziyyət çəkən insanlarda maqnezium səviyyəsi daha aşağı olur. İspanaq, kələm və digər yarpaqlı göyərtilər əhvalınızı yüksəltmək üçün kifayət qədər maqnezium ehtiva edir.
Somon
Somonda olan D vitamini və omeqa-3 yağ turşuları depressiya əlamətlərini aradan qaldırmağa kömək edə bilər. Amerika Ürək Dərnəyi daha yaxşı psixi sağlamlıq üçün həftədə iki porsiya somon və ya oxşar balıq istehlak etməyi tövsiyə edir.
Mənbə: NTV. com
Tərcümə etdi: Mina Yadigarlı
