
Diqqət dağınıqlığı problemi insanın uzun müddət bir şeyə diqqət yetirə bilməməsi və diqqətinin daim başqa şeylərə yayınması deməkdir. Araşdırmalara görə, uşaqlarda diqqət dağınıqlığı problemləri böyüklərə nisbətən üç dəfə çox olur. Bunun səbəbi psixoloji amillər və gündəlik vərdişlər ola bilər.
Diqqət dağınıqlığı insanın bütün həyatına mənfi təsir göstərir. Bu, tələbələrin təhsil almasına və imtahanlarda müvəffəqiyyət qazanmasına mane olur. Yetkinlərin iş həyatında uğursuzluqlarının ən böyük səbəbi konsentrasiya problemləri və diqqətsizlikdir.
Fokuslanmaq bütün diqqəti bir nöqtəyə cəmləmək deməkdir. Diqqət, həmçinin konsentrasiya olaraq bilinir, tapşırıqların müəyyən edilmiş vaxt ərzində tamamlanmasını təmin edir. İnsan diqqətini bir şeyə cəmlədikdə həm daxili, həm də xarici stimullara qapanır.
Məsələn, kompüterdə yazan adam nə küçədən gələn səsi, nə də ona zəng edən adamı eşitmir. Diqqəti cəmləməkdə çətinlik çəkən insanlarda isə bunun əksi olur. Ən kiçik bir səs belə tam diqqəti yayındıra bilər.
Diqqət dağınıqlığı problemini necə həll etmək olar?
1- Yuxu rejiminə diqqət yetirmək. Gündə ən az 6 saat yatmaq. Xüsusilə 23.00-02.00 arası yuxuda olmaq.
2- Sağlam qidalanma. B12 vitamini ilə zəngin qidaların istehlakı.
3- Qoz, badam və fındıq kimi qurudulmuş qoz-fındıq istehlakı.
4- Telefonda və kompüter qarşısında daha az vaxt keçirmək.
5- Kitab oxumaq.
6- Müxtəlif tapmacalara cavab tapmaq.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Fatimə Hüseynova
