Bu gün:

Bir stəkan kola bədənimizə nə edə bilər?


Coca-Cola bu həftə məhsullarında yüksək miqdarda kimyəvi xlorat aşkar edildikdən sonra təcili geri çağırış elan etdi. Şirkət rəsmiləri riskin “çox aşağı” olduğunu bildirərək ictimaiyyəti sakitləşdirməyə çalışsalar da, Mütəxəssislər bildirirlər ki, tərkibindəki xloratdan asılı olmayaraq kola istehlakı ümumi sağlamlığa ciddi ziyan vurur.

Pəhriz içkiləri, tərkibində şəkər olmasa da, şirin istəkləri artıra bilər ki, bu da çəki artımına və diabetə səbəb olur. Pəhriz içkilərindəki süni tatlandırıcılar; Mədə narahatlığı, ishal və qəbizliyə səbəb ola biləcəyi də bildirilir.

Coca-Cola, suyun sterilizasiyası üçün istifadə edilən xlor əsaslı dezinfeksiyaedici maddələrin parçalanması nəticəsində əldə edilən yüksək səviyyəli xlorat səbəbindən bəzi məhsullarını Avropa bazarından geri çağırıb. Bu məhsullara Fanta, Coca-Cola, Sprite, Tropico kimi içkilər daxildir.


Coca-Cola və Dr. Pepper kimi brendlər içkilərindəki şəkərin xarab olmasının qarşısını almaq və onları daha turşu etmək üçün fosfor turşusundan istifadə edirlər. Fosfor turşusu şəkərli içkilərə turş dad və köpüklü bir quruluş verir, həddindən artıq istehlak isə bədəndəki kalsium səviyyəsini aşağı salaraq sümüklərin kövrəkləşməsinə səbəb olur. Bir araşdırma, hər gün soda içən insanların içməyənlərə nisbətən sınıq riskinin iki dəfə çox olduğunu göstərdi.


Qazlı içkilər də yüksək karbonat tərkibi ilə mədənin selikli qişasını qıcıqlandıra bilər. 

Şəkərli sodaların HDL (yaxşı) xolesterol səviyyələrini aşağı saldığı və trigliseridləri artırdığı da məlumdur. Bu riskin mövcudluğu 2020-ci ildə aparılan araşdırmada sübuta yetirilib.


Şəkərli içkilərin qaraciyərə zərər verə biləcəyi və gündə bir və ya daha çox şəkərli içki qəbul edən qadınların qaraciyər xərçənginə tutulma riskinin yüzdə 85 daha çox olduğu ifadə edilir.

Mütəxəssislər, pəhriz içkilərinin sanıldığı qədər günahsız olmadığını ifadə edərək, süni dadlandırıcıların, xüsusilə aspartam və steviyanın qlükoza-qalaktoza malabsorbsiyası kimi həzm problemlərinə səbəb ola biləcəyini vurğulayırlar. Bu vəziyyət; Şiddətli ishal, kilo itkisi və susuzluğa səbəb ola bilər.


Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü ildə aspartamı "mümkün kanserogen" kimi təsnif etdi, lakin bu riskin yalnız həddindən artıq istehlakla mövcud olduğunu qeyd etdi.

Bir çox araşdırmalar şəkərli və qazlı içkilərin insan sağlamlığını təhdid edən ciddi təsirlərini ortaya qoyur.


Mənbə: NTV. com

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et