Sərnişindaşıma aviasiyasının tarixi 1914-cü il yanvarın 1-də başladı. Dünyanın ilk kommersiya sərnişin uçuşu ABŞ-nin Florida ştatında həyata keçirilib. St. Petersburg-Tampa Hava Yolu Şirkətinə məxsus uçuşda pilot Tony Jannus, sərnişin isə St. Petersburg şəhərinin meri Abram Pheil olub.

Bu tarixi uçuş cəmi 23 dəqiqə davam edib və St. Petersburg ilə Tampa arasındakı məsafəni qət edib. Sərnişin bu uçuş üçün 400 dollar dəyərində olan 11 dollarlıq bilet alıb. Bu, aviasiya tarixində böyük bir dönüş nöqtəsi hesab olunub və müasir hava səyahətlərinin əsasını qoyub.
O vaxtdan bəri hava nəqliyyatı sürətlə inkişaf edərək günümüzdə dünyanın istənilən nöqtəsinə səyahət etməyi mümkün edib.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
