Bu gün:

Jane Austenin məktubları


Jane Austen’in həyatı çox maraqlı və sirli olub. O, ingilis ədəbiyyatının ən böyük yazıçılarından biridir. Onun altı məşhur romanı var və bu gün də çox sevilir. Lakin onun şəxsi həyatı haqqında məlumatlar çox azdır. Ən böyük mənbə onun yazdığı məktublardır, amma təəssüf ki, bu məktubların çoxu itib. Bu məktublara Jane Austenin 1976-cı ildə yazdığı məktubu nümunə kimi göstərmək olar. 
Jane Austen 1796-cı ilin yanvar ayında 20 yaşında ikən bacısı Kassandraya bir məktub yazıb. Bu məktubda o özünün və Tom Lefroy adlı gənc kişinin arasında yaranan romantik münasibətləri danışırdı. Tom Lefroy İrlandiyalı bir vəkil idi və Jane ilə bir neçə dəfə rəqs edib. Jane məktubunda Tom-u “çox cəsarətli, yaxşı görünüşlü və xoşbəxt gənc kişi” kimi təsvir edib. O, Tom ilə keçirdiyi vaxtı çox xoş bir təcrübə kimi qeyd edirdi və Kassandraya yazdığı məktubda bunun nə qədər əyləncəli olduğunu söyləyirdi.
Jane məktubunda bacısına belə yazırdı: “Təsəvvür et ki, hər şey ən azgın və şok edici şəkildədir – rəqs etmək və birlikdə oturmaq”. Bu ifadə onun Toma olan marağını və onunla keçirdiyi anların nə qədər xüsusi olduğunu göstərir. Jane Tom ilə daha çox görüşmək və onu daha yaxından tanımaq istəyirdi. Həmçinin bir neçə gün sonra Jane Kassandraya başqa bir məktub göndərib və orada Toma olan hisslərini daha da açıq şəkildə ifadə edib.
Təəssüf ki, Tom Lefroy bir müddət sonra ölkədən getməli idi. Jane bu ayrılığa çox kədərlənib. O, Kassandraya yazdığı sonrakı məktubda bu ayrılıq barədə yazırdı: “Nəhayət, o gün gəldi ki, Tom Lefroy ilə sonuncu dəfə yaxınlıq edəcəyəm və bu məktubu aldığınız zaman hər şey bitmiş olacaq. Mən bu kədərli fikri yazarkən gözyaşlarım axır”. Bu cümlə Ceynin Toma olan duyğularını və ayrılıqdan duyduğu kədəri açıq şəkildə göstərir. Onun məktubunda olan kədər həmin dövrün bir çox gənc qadınları üçün tipik bir duyğu idi, çünki çox vaxt sosial və ailəvi səbəblərlə əlaqələr sona çatırdı və buna görə də bir çox gənc qadınlar kədər yaşayırdılar.
Ceynin bacısı Kassandra ölümündən sonra Ceynin bütün məktublarını yandırıb. Bu hərəkət tarixçiləri və bioqrafları çox təəccübləndirib və qəzəbləndirib, çünki bu məktublar Ceynin şəxsi həyatına dair əhəmiyyətli məlumatlar verə bilərdi. Beləliklə, biz onun şəxsi həyatı və hissləri haqqında daha çox məlumat əldə edə bilmirik.
Ceynin gənclik illərində yazdığı məktublar onun canlı və gülməli bir şəxsiyyət olduğunu göstərir. O, partiləri və rəqsləri sevirdi. Bu məktublar onun həyatı və təcrübələrini daha yaxşı anlamağımıza kömək edə bilərdi. Amma Kassandranın məktubları yandırması səbəbindən bu məlumatların bir çoxu bizim üçün itib.  

Mənbə: BBC News  
Tərcümə etdi: Nigar Muştaqova  
Paylaş
Şərh əlavə et