Kuçhisake-Onna yapon mifologiyasında "yarıq ağızlı" məxluq kimi tanınan bir ruh sayılır. O, böyük ağ maska taxan otuz yaşlarında bir qadındır.
Şayiələrə görə, o, çox sürətli qaça bilir və hətta havada uça bilir. 2 metrdən uzun olduğunu iddia edənlər də var.
Rəvayətə görə, bu qadın məktəbə tək gedən şagirdi tapır, ona yaxınlaşır və soruşur: "Mən gözələm?" Əgər uşaq yox desə, məxluq uşağı dərhal öldürür, əgər hə desə, qadın qulağından kəsilmiş və qan içində olan ağzını açıb yenidən soruşur: “İndi necə?”
Dəhşətli məxluq bir daha "hə" cavabını alsa, o gedecək, ancaq uşağı evə qədər təqib edəcək və onu vəhşicəsinə öldürəcək. Qurban ikinci suala "yox" cavabı verirsə və ya qaçmağa çalışırsa, məxluq qurbanın ağzını bıçaq və ya qayçı ilə kəsərək onu özünə bənzədir.
Kuçhisake-Onna əfsanəsinin dəqiq mənşəyi məlum deyil, lakin bu mövzuda bir neçə nəzəriyyə var. Bəzi mənbələr əfsanənin Yaponiyanın Edo dövründən olan (1603-1868) bir samurayın arvadına əsaslandığını göstərib.
Bu nəzəriyyəyə görə, samurayın arvadı son dərəcə gözəl idi, lakin samuray gözəl olmadığına inandığı üçün daim üzünü örtmək istəyirdi. Buna görə də bir gün əri ondan soruşub ki, mən gözələm? Qadın "hə" cavabını verib və əri maskasını çıxararaq onun ağzını kəsib.
Bu əfsanənin sürətlə yayılması ölkədə panika və qorxuya səbəb olub. Bu səbəbdən şagirdləri müşayiət etmək üçün müəllimlər və ya valideynlər tərəfindən qruplar yaradılırdı. Bundan əlavə, polis məktəb yollarında gözləməyə başlayıb.
Ölkədəki çaxnaşma aradan qalxdıqdan sonra Kuçhisake-Onna haqqında filmlər çəkilib və izlənmə rekordları qırılıb. Zamanla bu populyarlıq başqa ölkələrə də yayılıb.
Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova