Bu gün:

Tarix yenidən təkrarlanıb


1933-cü ildə Millətlər İttifaqında müxtəlif ölkələr arasında fikir ayrılıqları mövcud olsa da, SSRİ-nin təşkilata üzv olması məsələsi gündəmə gəldi. Bu fikir ayrılıqlarına baxmayaraq, həmin il Sovet İttifaqı rəsmi olaraq Millətlər İttifaqına dəvət edildi və üzvlük üçün müzakirələr başladı. Bu addım, beynəlxalq arenada SSRİ-nin tanınması və diplomatik əlaqələrinin genişlənməsi baxımından mühüm bir hadisə hesab olunurdu.

Fransanın xarici işlər naziri Louis Barthou, sabit olmayan sülhü qorumaq məqsədilə bir təklif irəli sürdü. O dövrdə dünya üç böyük qüvvəyə (və ya hissəyə) bölünmüşdü və Barthou-nun məntiqinə əsasən, bu qüvvələrdən iki hissə, potensial üsyankar və təhdid yaradan üçüncü hissəyə qarşı birləşməli idi. Bu yanaşma, beynəlxalq sabitliyi qorumaq və münaqişələrin qarşısını almaq üçün kollektiv təhlükəsizlik siyasətinin gücləndirilməsini nəzərdə tuturdu.


Əslində bu plan 1941-ci ildə həyata keçirilib, amma buna 1934-cü ildə 9 oktyabrda Louis Barthou və Yuqoslaviya kralı I Aleksandrın güllələnməsi mane olub. Güllələyən şəxslər isə bolgar əsilli olublar. Həmçinin bu hadisəni 1914-cü ildə Gavrilo Prinsipin sui-qəsd cəhdi ilə müqayisə etmək olar.


Mənbə: Another History

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et