
Psixoloq Larissa Rainey 2014-cü ildə məqsəd anksiyetası anlayışını təqdim edib. Bu, insanların həyat məqsədini tapmağa çalışarkən yaşadıqları stres, yorğunluq və narahatlıq hissidir. Günümüzdə "öz çağırışını tap" və ya "ən yaxşı həyatını yaşa" kimi tələblər bu təzyiqi daha da artırır.
Məqsəd anksiyetasının əlamətləri
1. Tez-tez iş dəyişdirmək, amma heç birində rahatlıq tapmamaq
İş yeri dəyişmək yeni təcrübələr üçün faydalı olsa da, daima "mükəmməl" işi axtarmaq və heç birində məmnun olmamaq məqsəd anksiyetası əlaməti ola bilər. Məqsəd təkcə bir peşə və ya vəzifə deyil, onu yaratmaq mümkündür.
2. İmposter sindromu (özünü yalançı kimi hiss etmək)
Öz uğurlarına baxmayaraq, içində daim "bacarmıram" hissi varsa, bu, işinin həqiqətən səni ruhlandırmadığının işarəsi ola bilər. Sualı dəyiş: bu iş mənim üçün kifayət qədər dəyərlidirmi?
3. Özünü başqaları ilə müqayisə etmək
Sosial mediada və ya real həyatda başqalarının uğurlarını görüb özünü geri qalmış hiss etmək məqsəd anksiyetasını artırır. Başqalarının yolunu təkrarlamağa çalışmaq əvəzinə, səni həqiqətən sevindirən şeylərə fokuslan.
4. Məqsədin mövcud olmadığını düşünmək (məqsəd nihilizmi)
Bəzi insanlar məqsəd tapa bilmədikləri üçün onun ümumiyyətlə mövcud olmadığı qənaətinə gəlir. Lakin araşdırmalar göstərir ki, məqsəd hissi daha xoşbəxt və sağlam həyat yaşamağa kömək edir. Əsas odur ki, məqsəd statik deyil, zamanla formalaşır.
5. "Tək həqiqi məqsəd" yanılgısı
Bəzi insanlar inanır ki, həyatın yalnız bir əsas məqsədi var və əgər onu tapmasalar, mənasız yaşayacaqlar. Əslində isə məqsəd dəyişkəndir və fərqli maraqlar, əlaqələr və təcrübələr vasitəsilə formalaşır.
Məqsəd anksiyetası ilə necə mübarizə aparmaq olar?
✅ "mükəmməl" işi axtarmaq əvəzinə, mövcud işində mənanı tapmağa çalış.
✅ "bu iş üçün yetərliyəmmi?" sualını dəyiş və soruş: bu iş mənim üçün yetərlidirmi?
✅ başqaları ilə müqayisədən əl çək – sənin yolun özünəməxsusdur.
✅ məqsəd tapılan deyil, zamanla yaradılan bir şeydir.
Məqsəd bir nəticə deyil, səni həyatda sevindirən və mənalı edən fəaliyyətlər toplusudur. Onu axtarmağa yox, yaratmağa fokuslan!
Mənbə: psychology today
Tərcümə etdi: Fatimə Cabbarlı
