Dəvələrin immun sistemi çox yaxşıdır. Onlar digər məməliləri öldürən xəstəliklərdən əziyyət çəkmirlər. Bu heyvanların antikorları bizimkindən qat-qat primitivdir və bu insanların onları laboratoriyalarda yenidən yarada bilmə şansı verir. Dəvə antikorları çox kiçikdir, buna görə də insan bədənində viral xəstəliklərlə mübarizə aparmaq üçün hər hansı bir hüceyrəyə asanlıqla daxil edilə bilər.

Bəzən dəvələr uzun səfərlərdən sonra müxtəlif səbəblərdən yemək və sudan tamamilə imtina edirlər. Bu zaman heyvanın ağzını açıb içinə ilan qoyub bol su tökürlər. İlanı zəhəri ilə birlikdə həzm edərkən dəvə qulaqlarının ucuna qədər tərləyir. Bundan sonra heyvan özünü daha yaxşı hiss etməyə başlayır və susuzluq hiss etməyə başlayır. Suyu içdikdən sonra isə demək olar ki düzəlirlər. Bu üsuldan köçərilər uzun müddətdir ki, atları müalicə etmək üçün də istifadə edirlər.
Tərcümə etdi: İbrahim Çobanlı
Mənbə: Dzen.ru
