Bu gün:

Uzun sözlərdən qorxmaq fobiyası


Uzun sözlərdən qorxmaq—hippopotomonstrosesquippedaliophobia termini ilə tanınır. Bu fobiya, adından da göründüyü kimi, xüsusilə uzun və mürəkkəb sözlərdən qorxma hissidir. Maraqlıdır ki, bu fobiya termini özü də çox uzundur və tələffüz edilməsi çətindir.

Uzun sözlərdən qorxma fobiyası nadir hallarda rast gəlinən bir narahatlıqdır. Bu fobiya, xüsusilə oxumaq və yazmaqla bağlı stres yaşayan insanlarda müşahidə oluna bilər. Əslində, bu termin yarı zarafat, yarı ciddi olaraq istifadə edilib, çünki özü də bu qorxunu yaşayanlar üçün çətinlik yarada biləcək bir sözdür.

Psixoloqların fikrincə, belə fobiyalar adətən uşaqlıqda yaranır və müəyyən sözlərlə bağlı travmatik təcrübələrdən qaynaqlana bilər. Müalicəsi isə adətən danışıq terapiyası və müsbət yanaşma texnikaları ilə mümkündür.

Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et