Bu gün:

Dənizçiləri valeh edən və səsləri ilə evləri dağıdan sirenlər


Yunan mifologiyasında sirenlər bir çox əfsanə və filmlərin mövzusu oldu. Onların adına mahnılar oxundu, şeirlər yazıldı. Çox vaxt onları su pəriləri ilə qarışdırırlar.

Yunan mifologiyasında sirenlər Sirenum scopuli adlı adada yaşadığı güman edilən dəniz canlılarıdır.

Bu yerlərin hamısı qayalarla və sularla əhatə olunmuş kimi təsvir edilib. Burada üzən dənizçilər sirenaların nəğmələri ilə məftun olub gəmilərini qayalara doğru sürükləyir, sirenaların qurbanı olurlar.

Rəvayətə görə burada yaşayan Sirenlər, etdikləri fövqəltəbii musiqi ilə yoldan keçən qayıqlarda olan dənizçiləri ovsunlayardılar. Sirenlərin musiqisi və gözəlliyi ilə ovsunlanan dənizçilər ölənə qədər burada qalmaq istəyir və bu düşüncələrlə gəmilərini ərazidəki qayalara çırpırlar.

Sirenlərin su pərilərindən fərqli olaraq iki quyruğu var. Onlar mifologiyada Achelousun qızları kimi təsvir edilib. Sirenlərdən yalnız Yason, Arqo və Odissey xilas olub.

Onlar qulaqlarına bal mumu tıxayaraq və özlərini iplə bağlayaraq xilas olublar. Homer onların sayları haqqında heç nə deməsə də, sonrakı yazıçılar həm adlarını, həm də nömrələrini qeyd ediblər.

Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et