Bu gün:

Şimal işıqları necə əmələ gəlir?


Bu, elektronların günəş küləkləri il yerə təxminən 40 saatlıq səyahətindən sonra maqnitosferdəki maqnit sahəsi xətləri boyunca qütblərə doğru çox sürətlə hərəkət edərək oksigen və azot atomlarını ionlaşdırdıqları zaman baş verən gözəl təbiət hadisəsidir. Bu atomların foton emissiyasına səbəb olur. 

Əslində, bu, ionlaşmış oksigen və azotun miqdarı və hadisənin baş verdiyi hündürlüklə bağlıdır.


İonlaşma zamanı yaşıl və ya qəhvəyi-qırmızı işıqlar yayır. Sərf edilən enerjinin miqdarından asılı olaraq 240 km hündürlüyə qədər yaşıl rəngdə, ondan yuxarıda isə qırmızı rəngdə vizual təsvir verir. Oksigenin başqa bir atom və ya molekulla toqquşması onun yüksək enerjisini udacaq və sabitləşməsinə mane olacaq. Atmosferin yuxarı qatında yüksək miqdarda oksigen var və belə toqquşmalar nadir olduğu üçün oksigen qırmızı işıq saçır.


240 km-dən aşağı düşdükcə toqquşma ehtimalı artır və buna görə də qırmızı rəng çox formalaşa bilmir. Bunun əsas səbəbi başqa bir atom və ya molekulla toqquşmanın onun sabitləşməsinə mane olmasıdır. 


Bundan başqa, atom ionlaşdıqdan sonra yenidən elektron qazanarsa, mavi işıq əmələ gələcək. Yüksək enerji səviyyəsindən sabit səviyyəyə qayıdırsa, qırmızı işıq saçacaq. Mavi işıq 90 km yüksəkliyə qədər, qırmızı işıq isə ondan yuxarıda görünəcək.


Mənbə:Buzzfeed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et