Bu gün:

Buludlar milyonlarla kilo ağırlığa sahibdir


Elm adamlarının araşdırmalarına görə, orta ölçülü bir buludun çəkisi təxminən 1 milyon funt (453 min kq) ağırlığındadır. Bu fakt çoxlarının düşündüyündən tamamilə fərqlidir, çünki buludlar göydə süzülən yüngül su buxarları kimi təsəvvür edilir.

Buludların ağırlığı onların tərkibindəki su damcılarının miqdarı ilə müəyyən edilir. Məsələn, kub kilometr ölçüsündə olan orta bir bulud, içindəki su damcılarını sıxışdıraraq yerdə sıx suya çevrilsə, bu, təxminən 1 milyon funt ağırlığa sahib olacaq.

Buludların göydə qalma səbəbi onların nisbətən az sıxlığa sahib olmasıdır. Yüngül su damcıları və havanın qaldırıcı gücü sayəsində buludlar uçan bir obyekt kimi havada hərəkət edir. Həmçinin, buludların miqyası və çəkisi yağış və qar kimi düşməsinə səbəb olur.

Bu məlumat buludların görünüşcə nə qədər sadə olsa da, elmi baxımdan nə qədər mürəkkəb olduqlarını göstərir.

Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et