Bu gün:

Paxıllıq hissi necə formalaşır?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi psixoloq Fuad Əsədovdur. O, paxıllıq hissi haqqında danışıb.

Paxıllıq hissi insanlarda necə formalaşır?

İnsanlarda paxıllıq hissinin formalaşmasına təsir göstərən amillərə aid bir neçə nümunəyə baxaq. Bunlardan biri insanların hələ uşaq vaxtından valideynləri tərəfindən başqa uşaqlarla müqayisə edilməsidir. Valideynlər uşağını müqayisə edəndə, " filankəsin uşağı belə deyil" dedikdə artıq zamanla həmin uşaqda nümunə göstərildiyi uşağa qarşı, daha sonra da, özündən daha yaxşı gördüyü insanlara qarşı qıcıq hissi formalaşmağa başlayır və bu müəyyən vaxtdan sonra xarakterin bir parçasına çevrilir. Bundan əlavə, insanlarda paxıllıq hissinin yaranmasının səbəbi onların öz uğursuzluqları zamanı və ya özlərindən narazı qaldıqları hər hansısa bir halda günahlandıracaq insanın olmasıdır. Bu onları məsuliyyətlərindən, özlərinə yüklənməkdən azad edir. Bir növ həqiqətdən qaçış sistemidir. İnsanlar özlərindən daha yaxşılarına paxıllıq edir, hətta bu hissin təsiri ilə bəzən hər kəsin eyni səviyyədə olması üçün onlara zərbə vurmağa çalışırlar. Bu davranışın daha sağlam forması rəqabətdir. Birini özümüzdən daha yaxşı və ya yuxarıda görəndə biz də çalışıb həmin o yuxarılara nail olmağa çalışmalıyıq. Hansı ki, çox sağlam bir şeydir. Bunun paxıllıq forması- özümüzü inkişaf etdirmək yerinə başqasını aşağı çəkməyə çalışmaq sağlam olmayan bir şeydir və uğursuzluqla nəticələnir. “Paxıllıq da məhz belə formalaşır."

Paxıllıq etməkdənsə, bizdə olan yaxşı şeylərdən həzz ala və başqaları üçün də xoşbəxt ola bilərik. Onlar bizdən daha yaxşı olsa belə.

Gülay Orucova 

Paylaş
Şərh əlavə et