Bu gün:

Yoqa və zehin sağlamlığı


Yoqa beynin boz maddəsini artırmaq və əsas şəbəkələrini dəyişdirmək qabiliyyətinə malikdir, insanların mental sağlamlığını yaxşılaşdırmaq üçün istifadə edilir. 
Yoqa təxminən 2,000 il əvvəl qədim Hindistanda yaranıb. Bir çox fərqli yoqa növləri mövcuddur. Onların hamısı hərəkət, meditasiya və nəfəs məşqlərindən istifadə edərək zehin-bədən əlaqəsinə fokuslanır. Getdikcə artan sübutlar göstərir ki, yoqa təkcə fiziki deyil, həm də zehni faydalar təmin edə bilər. Bəzi tədqiqatçılar hətta onun post-travmatik stres pozuntusu (PTSP) olan insanların simptomları ilə başa çıxmasına kömək edə biləcəyini ümid edirlər.
Şübhəsiz ki, yoqa ilə bağlı fiziki faydalar haqqında tədqiqatlar genişdir. Yoqa etməyənlərin bilməli olduğu ilk şey onun təəccüblü dərəcədə çətin olmasıdır. O, güc, elastiklik və kardio-respirator uyğunluğunu yaxşılaşdırır. Araşdırmalar yoqanın dayanıqlığı və çevikliyi artırdığını göstərib. O, zədələrin qarşısını ala bilər (doğru edilmədikdə zədələrə səbəb ola bilsə də) və digər idman növlərində performansı artırır.
Sağlamlıq problemlərinin geniş spektri üçün yoqanın faydalı olduğunu göstərən getdikcə artan bir tədqiqat cəmiyyəti mövcuddur. Məsələn, epilepsiya xəstələri yoqa ilə məşğul olduqda tutmalar azala və ya tamamilə yox ola bilər. Yoqa, həmçinin şəkər xəstəliyini idarə etməyə, xroniki ağrıları azaltmağa və insultdan sonra bərpa olunmağa kömək edir. O, çox sklerozu olanların həyatını yaxşılaşdırmaqda fizioterapiyadan daha faydalı ola bilər və bəzi araşdırmalara görə, xərçəngdən sağ çıxanlara da kömək edə bilər.
Yoqanın beyinin quruluşuna da təsir etdiyi aşkar edilib. Araşdırmalar göstərir ki, yoqa ilə məşğul olmaq beyinin hipokampus, amiqdala, prefrontal korteks, singulyar korteks və introspeksiya ilə özünə yönələn düşüncələrdə iştirak edən default rejim şəbəkəsi də daxil olmaqla struktur və funksiyasına müsbət təsir göstərir. Bəzi tədqiqatçılar bunun yaşla əlaqəli və neyrodegenerativ enişləri yüngülləşdirmək potensialına malik ola biləcəyini deyirlər.  
Mənbə: BBC News  
Tərcümə et: Nigar Muştaqova  
Paylaş
Şərh əlavə et