Bu gün:

Azərbaycanlı Türk sənətkarının Aya uzanan yaradıcı əl işi


Bu hekayə elm və incəsənətin möhtəşəm birliyini nümayiş etdirir. Türk astrofotoqraf Mustafa Aydının "Stardust" əsəri təkcə Aya göndərilən sənət əsəri olmaqla qalmır, eyni zamanda insanlığın yaradıcılığını kainatın sonsuzluğuna daşıyır.

Aydının əsəri, Samanyolunun peyk qalaktikası olan Böyük Maqellan Buludundakı NGC 1929 Yayma Dumanlığını təsvir edir. Həm texniki mükəmməlliyi, həm də emosional dərinliyi ilə seçilən bu əsər, Hubble rəng paleti ilə işlənmiş görüntü vasitəsilə insanın kəşf və öyrənmə həvəsini simvolizə edir və elm ilə incəsənəti bir araya gətirir.

MoonMars layihəsi, gözoxşayan konsepsiyası ilə fərqlənir və layihədə iştirak edən sənətkarların əsərlərinin Ay səthində bir milyard il ərzində pozulmadan qalması, insanlıq tarixində əhəmiyyətli bir iz qoyur. Bu sərgi, sənəti yalnız kosmosa daşımaqla məhdudlaşmır, eyni zamanda mədəniyyət və elmin sərhədlərini yenidən müəyyən edir.

Mustafa Aydının bu layihədəki rolu isə Türk sənətini beynəlxalq arenada layiq olduğu mövqeyə daha da yaxınlaşdırır. Onun "Stardust" adlı əsəri ilə Aya baxarkən, orada bir türk sənətkarının izinin olduğunu bilmək həm milli, həm də şəxsi qürur mənbəyidir.

Mənbə: Ntv

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et