
Çin təbabətində ayaqlar sağlamlığın, gəncliyin və uzunömürlülüyün əsas mənbəyi hesab olunur. Qədim Çin təbibləri insanları sağlamlıq məqsədilə düyü üzərində dayanmağa təşviq edirdilər. Zaman keçdikcə ayaqlar üçün müxtəlif sağlamlıq məşqləri ortaya çıxıb.
Ayaqlarımız gün ərzində çox böyük yük daşıyır, xüsusilə narahat ayaqqabılar geyindikdə, uzun müddət oturduqda və ya dayandıqda. Çin təcrübələrinə görə, insanın həyati enerjisi olan Qi (gənclik və uzunömürlülük enerjisi) ayaqlarda və dabanlarda toplanır.
Bu inanışa əsasən, sağlamlıq, gənclik və uzunömürlülük üçün Qi enerjisi gün ərzində bədəndə dövr etməlidir. Lakin enerji durğunlaşdıqda, bədənimizin ümumi vəziyyəti pisləşir, özümüzü yorğun, zəif və yuxulu hiss edirik. Ayaqlar yorulur, şişkinlik yaranır və narahatlıq artır. Bu səbəbdən ayaqlardakı enerji axınını stimullaşdıran məşqlər sağlamlıq üçün olduqca əhəmiyyətlidir.
Bu yazıda Çin təcrübələrinə əsaslanan bir məşq, “qeyri-adi addımlar təcrübəsi” haqqında məlumat verəcəyik. Lakin qeyd etmək lazımdır ki, hər hansı bir sağlamlıq problemi ilə üzləşirsinizsə, əvvəlcə həkimlə məsləhətləşməyiniz vacibdir.
Məşq necə edilir?
Bu sadə məşq stulda oturarkən həyata keçirilir:
1. Rahat bir mövqedə stulda oturun.
2. Ayaq barmaqlarınızı yerə tıqqıldatmağa başlayın – bunu sinxron şəkildə hər iki ayaqla və ya əvvəlcə bir, sonra isə digər ayaqla edə bilərsiniz.
3. Bu hərəkəti 7 dəfə təkrarlayın.
4. Daha sonra yalnız dabanlarınızı yerə tıqqıldadın. Bu hərəkəti də 7 dəfə edin.
Bu məşqin üstünlüyü ondadır ki, tıqqıltılar zamanı bel nahiyəsinə heç bir ağırlıq düşmür.
Sağlamlıq və rifah üçün bu sadə, lakin təsirli Çin təcrübəsini gündəlik rutininizə daxil edə bilərsiniz.
Mənbə: Health
Tərcümə etdi: Fatimə Umarbəy
