
İsveçrə heyvan hüquqları qanunlarına görə, tək qvineya donuzu saxlamaq qanunsuz hesab edilir. Bunun səbəbi qvineya donuzlarının sosial heyvanlar olması və tək qalanda depressiyaya düşməsidir. Onlar təbii şəraitdə qruplar halında yaşayır və bir-biri ilə ünsiyyətə böyük ehtiyac duyurlar.
Bu qanun heyvanların rifahını təmin etmək üçün qəbul edilib və sahiblərinə qvineya donuzlarının psixoloji və fiziki sağlamlığını qorumaq məqsədi daşıyır. Əgər bir qvineya donuzunun partnyoru vəfat edərsə, sahibinə yeni bir qvineya donuzu tapmaq üçün vaxt verilir. İsveçrədə bu heyvanların bir yerdə yaşamasını təmin etmək məqsədilə hətta xüsusi heyvan icarəsi xidmətləri də mövcuddur.
Mütəxəssislər bildirir ki, bu qanun heyvanların təbii davranışlarını daha yaxşı təmin edir və digər ölkələr üçün də nümunə ola bilər.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
