Bu gün:

"Lənətlənmiş mumiya"nın Titaniki batırması əfsanəsi haradan gəlir?


Titanikin batması ilə bağlı bir çox nəzəriyyələr var, lakin 20-ci əsrin əvvəllərində bir çox insanlar fəlakətin səbəbini lənətlənmiş mumiya ilə əlaqələndiriblər.

Bu gün insanlardan "Titanik"in niyə batdığını soruşsanız, insanların çoxu deyərlər ki, gəmi 1912-ci ilin aprelində gözdən qaçan aysberq, zəif görmə, gəminin struktur zəifliyi və insan səhvinin birləşməsinə görə batdı. Lakin 20-ci əsrin əvvəllərində fövqaltəbii hadisələr və arxeoloji kəşflər nəticəsində ictimaiyyətin təxəyyülünü gücləndirdiyindən, bəzi insanlar Titanikin taleyi ilə bağlı xüsusi bir nəticəyə gəldi.

Rəvayətə görə, Titanikdə çox vacib bir sərnişin var idi: İngiltərədəki Britaniya Muzeyindən ABŞ-a göndərilən qədim Misir mumiyası. Hekayəni danışanların fikrincə, bu fəlakət gəminin yük anbarında olan 3600 yaşlı qədim Misir keşişinin intiqamçı ruhu üzündən baş verib.

Qədim Misir lənətlərinin folklor mifləri əsrlər boyu, xüsusən Tutankhamonun məzarının yenidən tapılması və bu qazıntıları maliyyələşdirən aristokrat Lord Karnarvonun vaxtsız ölümü ilə danışılıb.

Bu hekayə, başa düşüldüyü kimi, uydurmadır. 1985-ci ildə Titanik Tarixi Cəmiyyəti gəminin tam yük siyahısını və (təəccüblü şəkildə) göyərtəsində heç bir qədim Misir tapıntısına dair qeyd tapmadıqlarını bildirdi.

Hekayənin mərkəzində olan qədim Misir artefaktı əslində göründüyü qədər maraqlı deyil. “EA2242” kod adı ilə tanınan və bu gün Britaniya Muzeyində nümayiş etdirilən “Sinister Mumiya”da əslində insan qalıqları yoxdur. O, alçaq təbəqə ilə örtülmüş və mərhumu təmsil edən boyalı taxta boşqabdan ibarətdir.


Mənbə: Arkeofili

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et