Bu gün:

7 dəqiqəlik xatirələr


Neyrocərrahlar ölümdən sonra beynimizdə baş verənlərlə bağlı araşdırma aparıblar. Araşdırmalar göstərir ki, beyin həyatın son dəqiqələrində ən yadda qalan anları təkrar oynatmaq üçün proqramlaşdırılıb və bu kəşf tamamilə təsadüfən edilib.


Beyinə oksigen çatmayanda yaddaş və duyğulara cavabdeh olan sahələr aktivləşir. Bu yolla insan keçmişindən, o cümlədən xoşbəxt və faciəli hadisələrdən anları “xatırlaya” və ya yenidən yaşaya bilər.


Epilepsiya xəstəsi olan 87 yaşlı xəstənin beyni tutmaları izləmək üçün monitorinq olunub. Lakin çəkiliş zamanı həmin şəxs infarkt keçirərək dünyasını dəyişib. Alimlər tarixdə ilk dəfə olaraq ölüm ayağında olan insan beyninin fəaliyyətini izləyə biliblər.


Louisville Universitetindən Dr. Zemmar paylaşıbı: "Biz ürək dayanmasından dərhal əvvəl və dərhal sonra xüsusi sinir salınımlarında dəyişikliklər müşahidə etdik." Bu nümunələr flashback zamanı müşahidə edilənlərə bənzəyib.


Beyin dalğaları konsentrasiya, yuxu, meditasiya, yaddaşın bərpası, məlumatın işlənməsi və şüurlu qavrayış kimi mürəkkəb koqnitiv funksiyalarda iştirak edir. Zemmar deyir: "Titrəşimlər yaradaraq, beyin ölümə yaxın təcrübələrdə baş verənlərə bənzər həyatımızda olan mühüm hadisələrin son xatirələrini yenidən yarada bilər". O, əlavə edib: "Xəstələr öləndə onların ailələrinə pis xəbər çatdırmalısan. Məncə, bu tapıntı bir az rahatlıqd verir. Bilsək ki, ölüm zamanı insan yaxşı xatirələri xatırlayır, bu, bir az xoş hissdir.."


Mənbə: m.fishki.net

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et