
Başqa otağa keçərkən nə edəcəyinizi heç unutmusunuz? Mətbəxdə bir şey almaq üçün qalxırsan, amma mətbəxə çatanda niyə orda olduğunu xatırlamırsan.
Bir otaqdan başqasına keçərkən nə edəcəyinizi unutduğunuz o anların elmi izahı var. "Qapı effekti" adlanan bu fenomen beynimizin yaddaşı necə emal etdiyi haqqında təəcüblü təfərrüatlar təqdim etdi.
Notre Dame Universitetində 2011-ci ildə aparılan bir araşdırma, qapı boşluğunun təsirinin yaddaşımıza necə təsir etdiyini anlamaq üçün vacib tapıntılar ortaya qoyub.
Araşdırmalara görə, bir otaqdan digərinə keçdiyimiz zaman beynimiz hazırda daşıdığı məlumatları yeni bir bölməyə ayırır. Bu hadisə "üfüq modeli" adlı mexanizmin tətbiqi ilə baş verir.
Tədqiqatçı Qabriel Radvanski bildirib ki, qapılardan keçən şüurumuzda “hadisə sərhədi” funksiyasını yerinə yetirir və xatirələri müxtəlif hissələrə ayırır. Bu, o anda nə etdiyinizi unutmağınıza səbəb ola bilər.
2014-cü ildə aparılan başqa bir araşdırma daha bir maraqlı tapıntı ortaya çıxarıb: Qapı effekti fiziki qapı olmasa belə baş verə bilər. Tədqiqatçılar müəyyən ediblər ki, sadəcə olaraq özünü qapıdan keçərkən təsəvvür etmək yaddaşa təsir edir. Bu, beynimizin qavrayış məlumatlarına deyil, zehni kontekst dəyişikliklərinə əsaslanaraq fəaliyyət göstərdiyini göstərir.
Bununla belə, qapı effekti həmişə ardıcıl olaraq görünməyə bilər. 2021-ci ildə aparılan başqa bir araşdırmada iştirakçılar virtual mühitdə otaqlar arasında hərəkət edərkən yaddaş testlərinə məruz qalıblar. İlk təcrübədə qapıların yaddaşa heç bir təsiri olmadığı müşahidə edildi.
Ancaq ikinci təcrübədə, iştirakçılar bir tərəfdən saymaq kimi əlavə bir vəzifə ilə məşğul olduqda, qapı effekti özünü göstərib.
Bu, yaddaşın yalnız kontekst dəyişikliyi ilə deyil, zehni yüklə birbaşa əlaqəli olduğunu göstərib.
Psixoloq Tom Stafford bildirib ki, bu təsirlər yalnız fiziki keçidlərdən deyil, həm də psixi mühitdəki dəyişikliklərdən yaranır. Onun sözlərinə görə, bir otaqdan digərinə keçərkən planın bir hissəsini xatırlamağa çalışmaq diqqətin yayınmasına səbəb olur.
"Qapı effekti, fırlatdığınız boşqablardan birinin düşdüyü an kimidir" deyən Stafford diqqətimizi böldükdə kiçik, lakin vacib detalların unudula biləcəyinə işarə edir.
Mənbə: NTV
Tərcümə etdi: Sona Osmanova
