
Səma həmişə insanlığa yol göstərici olub. Şimal Yarımkürəsində Qütb Ulduzu (Polaris) sabit və etibarlı bir naviqasiya nöqtəsi kimi istifadə olunur. Lakin Cənub Yarımkürəsində belə bir ulduz yoxdur. Gəlin bunun səbəblərini, Cənub Yarımkürəsində istiqamət tapma üsullarını və tarix boyu ulduzlardan necə istifadə edildiyini araşdıraq.
Cənub Qütb Ulduzu niyə yoxdur?
Səbəb səma cisimlərinin Yerin fırlanma oxuna uyğun yerləşməsidir. Şimal Qütbündə Polaris adlı ulduz, Yer oxunun ucu ilə demək olar ki, üst-üstə düşür. Bu səbəbdən Polaris səmada sabit görünür və hər zaman Şimal Qütbünü göstərir.
Cənub Yarımkürəsində isə belə bir ulduz mövcud deyil. Yer oxunun cənub tərəfinə yaxın bir ulduz olmadığı üçün Cənub Qütbünün göydəki xəyali yerini göstərən sabit bir ulduz yoxdur.
Müasir texnologiyalar
Bugünkü texnologiyalar, məsələn, GPS və ya rəqəmsal kompasa malik cihazlar istiqamət tapmağı asanlaşdırır. Lakin bu vasitələrin olmadığı şəraitdə, ulduzlardan istifadə təbiətin verdiyi ən etibarlı vasitələrdən biridir.
Tarixi və mədəni əhəmiyyəti
Keçmişdə dənizçilər və kəşfiyyatçılar ulduzları əsas naviqasiya vasitəsi kimi istifadə edirdilər. Xüsusilə Cənub Yarımkürəsində dənizçilər Cənub Xaçı sayəsində okeanlarda təhlükəsiz şəkildə hərəkət edə bilirdilər.
Mədəniyyətlərdə rəmzlər
Cənub Xaç, Cənubi Amerika və Avstraliya kimi bölgələrin mədəniyyətində mühüm yer tutur. Məsələn, Cənub Xaçı Avstraliya və Braziliyanın bayraqlarında əks olunub.
Cənub Qütbündə Ulduzların bələdçiliyi
Cənub Qütbündə Qütb Ulduzu olmasa da, təbiətin digər vasitələrindən - Cənub Xaç və Centaurus bürclərindən istifadə etmək mümkündür. Bu bələdçi ulduzlar və üsullar tarix boyu kəşfiyyatçılar və dənizçilər üçün əvəzedilməz olub.
Səma hər zaman insanlara yol göstərib. Həm qədim dövrlərdə, həm də müasir texnologiyalarla yanaşı, ulduzların bələdçiliyi hələ də öz əhəmiyyətini qoruyur.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
