Maqnezium çatışmazlığı haqqında danışmazdan əvvəl maqneziumun funksiyalarını və xüsusiyyətlərini bilməliyik. Maqnezium bədənin demək olar ki, bütün hüceyrələrində olan qeyri-üzvi mineraldır. Qeyri-üzvi olduğundan insan orqanizminə xaricdən qəbul edilməli olan bir elementdir. Bədəndə ən çox maqnezium sümüklərdə olur. Maqnezium zülal sintezi, sinir sisteminin dəstəklənməsi, sümük funksiyası və ürək-damar sisteminin qorunması kimi bir çox prosesdə təsirlidir. Eyni zamanda maqnezium insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edən 11 mineraldan biridir.

Hansı qidalarda maqnezium var?
Maqnezium ən çox ispanaq və kələm, qoz-fındıq, balqabaq toxumu, qurudulmuş və təzə lobya, taxıl, badam, avokado, tünd şokolad, buğda və yulaf və yaşıl yarpaqlı tərəvəzlər kimi qidalarda mövcuddur.
Gündəlik qəbul edilməli maqnezium dəyəri nə qədərdir?
Gündəlik maqnezium qəbulu kişilər üçün 400-420 mq, qadınlar üçün isə 300-320 mq arasındadır.
Maqnezium çatışmazlığı nədir? Nələrə diqqət edilməlidir?
Maqnezium çatışmazlığı, həmçinin hipomaqnezemiya kimi tanınır. Bu bədəndə ATP istehsalı əzələ və sinir funksiyaları baxımından problemlər yarada bilər. Maqnezium çatışmazlığı iştahsızlıq, ürəkbulanma, yorğunluq, əzələ spazmları, titrəmə və nizamsız ürək ritmləri kimi özünü göstərə bilər. Maqnezium əzələlərin daralma və rahatlamasında mühüm rol oynadığından maqnezium çatışmazlığı olan insanlar tez-tez ayaq əzələlərində daralma hiss edirlər.
Maqnezium çatışmazlığı kimi insan sağlamlığına mənfi təsir edə biləcək hallarda tərkibində maqnezium olan qidalar istifadə edilməli və ya əlavələr qəbul edilməlidir. Əlavələr səviyyəsində qəbul edilməlidir və gündəlik tövsiyə olunan dəyərdən çox olmamalıdır.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova
